Xəbərlər / Müəllim
20 iyul 2017
8 276


Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı başa çatıb.
 
Aztehsil.com xəbər verir ki, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya deyib ki, iyulun 1-dən 14-dək davam edən proses zamanı 50 minə yaxın şəxs proqram təminatında qeydiyyatdan keçib, onlardan 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizələrini təsdiqləyib.
 
Onun sözlərinə görə, 2000 nəfər müəllimlərin işə qəbulu ilə bağlı keçiriləcək test imtahan mərhələsində iştirak etmədən, birbaşa müsabiqənin müsahibə mərhələsinə buraxılacaq: "Təhsil Nazirliyinin tətbiq etdiyi yeni qaydaya əsasən ötən il imtahan verib, müəyyən keçid balını toplayanlar bu il test imtahanı vermədən birbaşa müsahibə mərhələsində iştirak edə biləcəklər. Qalanlar isə test imtahan mərhələsinə qatılacaqlar”.
 
Sektor müdiri bildirib ki, müəllimlərin işə qəbul ilə bağlı müsabiqədə iştirak etmək istəyənlərin sayı ilbəil artır: "Əgər 2013-cü ildən 2017-ci ilə qədər olan dövrü müqayisə etsək görərik ki, dinamikada artım müşahidə olunur. 2013 və 2014-cü illərdə 18 min nəfər, 2015-ci ildə 24 min nəfər, 2016-cı ildə 34 min nəfər, nəhayət 2017-ci ildə isə 50 min nəfərə yaxın şəxs müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçiblər. Artıq müəllim olmaq istəyən şəxslər başa düşürlər ki, müəllim adını qazanmağın bir yolu var: şəffaf qaydada keçirilən imtahan prosesində iştirak etmək. Bu prosesi uğurla keçdikdən sonra onlar müvafiq vakansiyalara uyğun olaraq müəllim adını qazanacaqlar. Bu, artıq şəffaflığın etalonudur. Bundan əlavə, yeni qaydalara əsasən, müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də könüllü şəkildə hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər”.
 
C. Valehov qeyd edib ki, bu ilin iyun ayında həm Bakı şəhərində, həm də regionlarda çalışan və öz iş yerlərini dəyişmək istəyən müəllimlər üçün imkanlar yaradılıb: "Nəticədə 1600-dən artıq müəllim çox şəffaf şəkildə həm Bakıda, həm də regionlarda öz iş yerini dəyişə biliblər. Eyni zamanda, yeni qaydalara görə bu və ya digər səbəbdən öz iş yerini dəyişə bilməyən müəllimlər yerlərini dəyişmək istəyirlərsə, onlar müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanda iştirak edərək müvafiq vakansiyaya uyğun balı qazanaraq yerlərini dəyişə bilərlər. Bu da builki yeniliklər sırasındadır”.
 
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilər.
 
Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.
 
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.
 
Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Gələn həftə müəllimlərin işə qbulu ilə bağlı imtahanlar başlayır...47 000 namizəd var

Gələn həftə müəllimlərin işə qbulu ilə bağlı imtahanlar başlayır...47 000 namizəd var

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyi bu direktorlara xəbərdarlıq etdi - Müəllimləri məcburi ...

Təhsil Nazirliyi bu direktorlara xəbərdarlıq etdi - Müəllimləri məcburi ...

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

SUAL -  Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

SUAL - Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib