Xəbərlər / Ziyalılar
17 iyul 2017
2 510


Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

 

İyulun 17-də Azərbaycan Dillər Universitetinin rektoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Kamal Abdulla "CLS Turkish” proqramı çərçivəsində ADU-da təhsil alanamerikalı tələbələrə mühazirə oxuyub.
 
Ölkədə baş verən tarixi və müasir proseslər haqqında danışan akademik Azərbaycanın keçmiş SSRİ respublikalarından biri olduğunu, SSRİ dağıldıqdan sonra müstəqillik qazandığını xatırladıb. Müstəqilliyin qazanılmasının asan başa gəlmədiyini deyən K.Abdulla SSRİ dağıldıqdan sonra ortaya çıxan problemlərdən də söz açıb. Bu problemlərdən ən ağırı olan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı danışan K.Abdulla bildirib ki, Azərbaycan öz torpaqlarını hərb yolu ilə geri qaytarmaq iqtidarında olsa da, münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiqdir və bununla faktiki olaraq dünya ictimaiyyətinə hörmətini nümayiş etdirir.
 
"Xalq diplomatiyası” haqqında da danışan K.Abdulla bu çərçivədə baş tutan səfərləri yada salıb. O, qeyd edib ki, Bakıdakı erməni kilsəsinin qorunub saxlanılması  bir neçə il bundan əvvəl "xalq diplomatiyası” çərçivəsində Azərbaycan paytaxtına gəlmiş erməni nümayəndələrini heyrətə salıb. K.Abdulla müqayisə üçün Yerevanda müsəlman məscidinin dağıdılmasını, Şuşada isə yarımdağılmış hala salınmasını misal çəkib. Yerevanda bir nəfər də olsun azərbaycanlının yaşamadığını deyən akademik Ermənistandan fərqli olaraq Azərbaycanda tam fərqli mənzərənin hökm sürdüyünü  deyib və ölkəmizin qədim zamanlardan öz tolerantlığı ilə seçildiyini vurğulayıb. Hələ XII əsrdə dahi Nizaminin öz əsərlərində insanların qardaşlığını tərənnüm etdiyini deyən K.Abdulla islam intibahı haqqında da danışıb və Füzulinin "Leyli və Məcnun” əsərindənbəzi hissələri diqqətə çatdırıb. Füzulini poeziyanın İsa peyğəmbəri kimi xarakterizə edən akademik onu bütün dünyanı qəmdən azad edib o qəmi öz ürəyinə yığmaq istəyən şair adlandırıb: "Əgər orta əsrlərdə bir şair bu cür düşünürdüsə, deməli, onu əhatə edən ictimai mühit də eyni dəyərlərlə yaşayırdı”.
 
Sonrakı dövrlərdə Azərbaycanın multikulturalizm ənənələrindən də söz açan rektor deyib ki, ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə ölkəmiz əsl multikultural intibah yaşayıb. Prezident İlham Əliyev isə multikulturalizmi dövlət siyasətinə çevirib. "Mənim fikrimcə, multikulturalizm hər bir ölkə üçün vacib anlayışdır” - deyən ADU rektoru mühazirəni Azərbaycan multikulturalizmi modelini xarakterizə edən olmuş bir əhvalatı danışmaqla başa çatdırıb. K.Abdullanın sonda dediyi "Azərbaycan multikulturalizminə xoş gəlmisiniz” sözləri amerikalı tələbələr tərəfindən alqışlarla qarşılanıb.
Mühazirədən sonra K.Abdulla amerikalı tələbələrin suallarını cavablandırıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

"Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”

"Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

Kamal Abdullanın təşəbbüsünə əsasən ADU-da yeni laboratoriyalar yaradılıb

Kamal Abdullanın təşəbbüsünə əsasən ADU-da yeni laboratoriyalar yaradılıb

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

BDU-da “Novruz mühazirələri”nin növbəti görüşündə nanotexnologiyalardan danışılıb (FOTO)

BDU-da “Novruz mühazirələri”nin növbəti görüşündə nanotexnologiyalardan danışılıb (FOTO)

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub