Xəbərlər
04 iyul 2017
643

AzMİU-da "Məzun Günü" keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Məzun Günü keçirilib. Tədbirdə AMEA-dan nümayəndə, millət vəkilləri, özəl qurumların təmsilçiləri, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak edib. 
 
Universitetin Akt zalında düzənlənən tədbir AzMİU tələbələrinin  ifasında dünya şöhrətli müğənni Müslüm Maqomayevin "Azərbaycan” mahnısı ilə başlayıb. Giriş sözü ilə qonaqları salamlayan AzMİU-nun rektoru, professor  Gülçöhrə Məmmədova "məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib.  O, qeyd edib ki, bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 42-ci təntənəli buraxılış gecəsinə toplaşmışıq. "Başa vurduğumuz tədris ilində universiteti bakalavr səviyyəsində 25 ixtisas üzrə 1223 tələbə bitirir. Təhsilin magistratura səviyyəsində 153 magistr məzun olur. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 25-i universiteti fərqlənmə diplomu ilə  bitirir. Bakalavr tələbələrimizdən 221 nəfər təhsilin magistratura pilləsinə qəbul imtahanlarını uğurla başa vurub. Bu il SABAH qrupularının ilk məzunu olaraq 53 tələbə Memarlıq, İnşaat    mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə universiteti bitirir, SABAH məzunlarından 7 nəfəri Avropanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunub”.
 

AzMİU-da "Məzun Günü" keçirilib

 

AzMİU-da "Məzun Günü" keçirilib

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində təhsilin inkişaf etdiyini bildirən rektor ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qazandığı uğurlardan da danışıb. Gülçöhrə Məmmədova onu da qeyd edib ki, universitetin qarşısında duran mühüm vəzifələrdən ən önəmlisi ölkəmiz üçün yüksək ixtisaslı, savadlı milli kadrlar hazırlamaqdır. Rektor ölkədə keçirilən bilik və idman yarışlarında, könüllülük hərəkatında, Vətənin qorunmasında AzMİU tələbələrinin təmsil olunmasını qürurverici hal adlandırıb. 
 

AzMİU-da "Məzun Günü" keçirilib

 

AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylitəmsil etdiyi qurumun rəhbərliyi adından məzunları təbrik edib, ölkəmizin yüksək bilik və bacarıqlı gənclərə daim ehtiyacı olduğunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. AzMİU-nu sabahın qurucuları hazırlayan elm-təhsil ocağı kimi dəyərləndirən akademik burada ölkəmiz üçün çox vacib olan ixtisaslar üzrə mütəxəssislərin hazırlandığını qeyd edib. O ümidvar olduğunu bildirib ki, universitetin bu ilki məzunları respublikamızda  geniş vüsət alan tikinti, quruculuq və abadlıq işlərində fəal çalışacaqlar. 
 
Tədbirdə universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarının təqdim olunma mərasimi keçirilib, təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə mükafatlar verilib. AzMİU-nu fərqlənmə diplomu ilə bitirən əcnəbi tələbələr bu universitetin tələbəsi olmağın üstünlüklərindən danışıb, universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürlərini bildiriblər.  
 
Sonda Məzun Günü AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında konsert proqramı ilə davam edib. Universitetin rəqs qrupu və qonaqlar öz çıxışları ilə məzunların sevincinə şərik olublar.
 

AzMİU-da "Məzun Günü" keçirilib

 

AzMİU-da "Məzun Günü" keçirilib

 

AzMİU-da "Məzun Günü" keçirilib

 

Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

“Siz universitetimizin ən layiqli tələbələrisiniz

“Siz universitetimizin ən layiqli tələbələrisiniz"-ADNSU-nun fərqli tələbələri mükafatlandırıldı

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

AzMİU-nun Türkiyədə təbliğatı kampaniyası  uğurla tamamlanıb

AzMİU-nun Türkiyədə təbliğatı kampaniyası uğurla tamamlanıb

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-da

AzMİU-da "Açıq qapı" günü keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub