Xəbərlər
03 iyul 2017
12 253


Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

 

"Dövlət ümumtəhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, yerdəyişməsi və qrupların komplektləşdirilməsi Qaydası” təsdiq edilib. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
 
Qaydaya əsasən, məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin il 5 yaşı tamam olan uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul oluna bilər.
 
Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul olunur. Hər hansı bir ümumi təhsil müəssisəsində məktəbəhazırlıq təhsili almış uşaqlar həmin təhsil müəssisəsində birinci sinfə qəbul edilirlər. Yaranmış vəziyyətə görə, bir məktəbdə məktəbəhazırlıq təhsili almış uşağın digər məktəbdəki I sinfə qəbulundan imtina edilməsi yolverilməzdir.
 
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır. Qəbul üçün aşağıdakı sənədlər tələb edilir: məktəbin direktorunun adına ərizə; uşağın mübadilə vərəqəsi;  uşağın doğum haqqında şəhadətnaməsinin surəti; uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli.
 
Məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin il IV sinif aparan və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur.
 
Məktəbəhazırlıq qrupunda işləyən müəllim növbəti dərs ilində əmək fəaliyyətini davam etdirə bilmədikdə həmin qrupdan formalaşmış birinci sinif Pedaqoji Şuranın qərarı ilə məktəbin digər ibtidai sinif müəlliminə verilə bilər.
 
Məktəbəhazırlıq qruplarında uşaqların minimum say həddi aşağıdakı kimi müəyyənləşdirilir:  qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq; şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq; məktəbəhazırlıq qruplarında 1 (bir) məşğələnin müddəti 30 dəqiqədir.
 
Uşaqların sayı müəyyən edilmiş normadan az olduğu halda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin (ərazi maliyyə hesablaşma mərkəzlərinin) razılığı əsasında yaradılır. Dərs ili ərzində yerdəyişmə ilə bağlı qrupda uşaqların sayının azalması məktəbəhazırlıq qrupunun fəaliyyətinin davam etməsinə təsir göstərmir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəhazırlıq qruplarında dərslər yekunlaşdı.

Məktəbəhazırlıq qruplarında dərslər yekunlaşdı.

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Məktəbəhazırlıq qruplarında ilk açıq məşğələ keçirilib

Məktəbəhazırlıq qruplarında ilk açıq məşğələ keçirilib

Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib

Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası”  mövzusunda təlimlər davam edir

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir

Ağstafanın  kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Ağstafanın kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Qax rayonunda məktəbəhazırlıq qruplarının müəllimləri ilə seminar keçirilib

Qax rayonunda məktəbəhazırlıq qruplarının müəllimləri ilə seminar keçirilib

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

MƏKTƏBƏHAZIRLIQ qruplarının TƏDRİS PLANI təsdiq edildi

MƏKTƏBƏHAZIRLIQ qruplarının TƏDRİS PLANI təsdiq edildi

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Birinci sinfə qəbul üzrə müsabiqə

Birinci sinfə qəbul üzrə müsabiqə