Xəbərlər
01 iyul 2017
2 827


UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

 

UNEC-də "Məzun Günü” keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra məzunlar üçün qurulan şərti auditoriyada "son dərs” keçirilib. Dərsdə elektron jurnalla fakültələrin davamiyyəti yoxlanılıb.

UNEC-in rektoru, professor Ədalət Muradov "auditoriyada” quraşdırılan elektron tribunadan məzun adını qazanan bütün tələbələri təbrik edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində təhsilin inkişaf etdiyini bildirən rektor, azərbaycanlı tələbələrin cəmiyyətin fəal və ayrılmaz bir hissəsinə çevrildiyini diqqətə çatdırıb. Rektor ölkədə keçirilən bilik və idman yarışlarında, könüllülük hərəkatında, vətənin qorunmasında UNEC tələbələrinin təmsil olmasını qürurverdici hal adlandırıb.

Gənclərə karyeralarında uğurlar arzulayan rektor, onlara seçdikləri ixtisasa daim sevgi ilə yanaşmağı tövsiyə edib. Çıxışını Ulu öndər Heydər Əliyevin "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” sözləri ilə tamamlayan Ə.Muradov UNEC məzunlarını Azərbaycan dövlətini yaşatmağa və inkişaf etdirməyə səsləyib.

45 il öncə təhsil aldığı ali məktəbə UNEC-in fəxri məzunu kimi dəvət olunmaqdan məmnunluğunu ifadə edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tələbəlik illərindən söz açıb. UNEC-in son dövrrdəki uğurlarını, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığını, beynəlxalq reytinqlərdə yer almasını sevinclə izlədiyini bildirən M.Musayev ölkənin bilikli və bacarıqlı gənclərə, iqtisadçılara daim ehtiyacı olduğunu diqqətə çatdırıb. O, UNEC məzunlarının Azərbaycan iqtisadiyyatının inkişafına misilsiz töhfələr verəcəyinə əminliyini vurğulayıb.

Universitetin ənənəsinə uyğun olaraq, ən yüksək balla (98.6) məzun olan Aida Həsənovanın adı UNEC-in fəxri daşına həkk edilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu olan A.Həsənova UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. Bildirib ki, UNEC-də tələbələrin beynəlxalq standartlara cavab verən ali təhsil alması üçün hər şərait yaradılıb. Adını universitetin tarixinə uğurlu tələbə kimi yazdıran A.Həsənova UNEC məzunu olmağı ilə fəxr etdiyini bildirib.

Universiteti yüksək balla bitirən məzunlara UNEC-də çalışmaq təklif olunduğunu qeyd edən rektor Ə.Muradov bu imkandan A.Həsənovanın yararlana biləcəyini diqqətə çatdırıb.

Səhnəyə UNEC-in bayrağı gətirilib və məzunlar təntənəli şəkildə and içiblər. Ənənəvi "papaqatma” mərasimi atəşfəşanlıqla müşayiət olunub. "Məzun Günü” UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında konsert proqramı ilə davam edib.

Qeyd: 2016/17-ci tədris ilində UNEC-i 4378 məzun bitirir. Onlardan 3199-u bakalavr, 1179-u isə magistrdir.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

UNEC-in gənc müəllimlərinin uğuru

UNEC-in gənc müəllimlərinin uğuru

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC-in “ISE Economic Talks” platformasında “Trumponomics” mövzusu müzakirə olunub

UNEC-in “ISE Economic Talks” platformasında “Trumponomics” mövzusu müzakirə olunub

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Universitet idarəetməsində yeni addım

Universitet idarəetməsində yeni addım

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir