Xəbərlər
29 iyun 2017
11 971


"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

 

"Azərbaycanda qiymətləndirmə konsepsiyasına görə summativ, formativ və yekun qiymətləndirmə həyata keçirilir. Bunun hansı səviyyədə tətbiqi isə bütün təhsil işçilərinin birgə işləməli olduğu məsələdir”.
 
Aztehsil.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib. O bildirib ki, formativ qiymətləndirmə ilə əlaqədar bir neçə il əvvəl müəyyən dəyişiklər olub: "Dörd il əvvəl məktəb mühiti başqa reallıqda yaşayırdı. Bir neçə il öncə formativ qiymətləndirmə jurnallarının ləğvi və sərbəst formada müəllim tərəfindən tətbiqi məktəb mühitini tənzimləmək məqsədini daşıyırdı”.
 
Nazirlik rəsmisi qeyd edib ki, məktəblərdə summativ qiymətləndirmə sahəsində müəyyən problemlər var: "Biz həmişə valideynlərin və cəmiyyətin sifarişini nəzərə almalıyıq. Onlar həmişə qiymət istəyirlər və bu, onlar üçün vacib göstəricidir. Bir çox hallarda qiymətləndirmənin mahiyyətindən uzaqlaşıb onun zahiri tərəflərinə fikir veririk. Məktəblərdəki qiymətləndirmədə "5” ballıq sistemdən istifadə edirik. Burada ikinci böyük problem var, orta qiymət çıxarmaq, "2”dən "3” qiymətinə gəlmək kimi metodoloji məsələlər olur. Həqiqət bundan ibarətdir ki, uşaq kiçik summativ qiymətləndirmələrdə "4” qiyməti alırsa, onun yarım illik qiymətinə "4” yazılır. Uşaqların sona doğru qiyməti əsas götürülməlidir, yoxsa əvvəldəki qiymət? Bu məsələlər hər zaman sual doğurur”.
 
E. Əmrullayev qeyd edib ki, bu yay ərzində qiymətləndirmə haqqında təlimata müəyyən dəyişiklərin edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu zaman bu gün mövcud olan bir sıra problemlər nəzərə alınacaq: "Fikrimizcə, qiymətləndirmə muxtariyyəti müəllimdə qalmalıdır. Eyni zamanda, qiymət davasından yavaş-yavaş uzaqlaşmalıyıq. Nazirlik tərəfindən hansısa tənzimləyici alətlər hazırlanmalıdırsa, bunu eşitməyə, dinləməyə və tətbiq etməyə hazırıq. Məsələn, bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir? İstiqamətlərdən biri bu ola bilər ki, aşağı siniflərdə imtahan yükünü azaldaq, I sinifdə summativ qiymətləndirmə, illik qiymət olmasın. Bu istiqamətdə birgə müzakirələr apararaq yekun qərarlar verməliyik”.






Загрузка...
Həmçinin oxuyun:
“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

ADPU-da daxili qiymətləndirmə sənədinin hazırlanması üçün yaradılan işçi qrupun ilk təlimi keçirilmişdir

ADPU-da daxili qiymətləndirmə sənədinin hazırlanması üçün yaradılan işçi qrupun ilk təlimi keçirilmişdir

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

"Müəllimin ölümünün diaqnostik qiymətləndirmə ilə heç bir əlaqəsi yoxdur"

"Müəllimin ölümünün diaqnostik qiymətləndirmə ilə heç bir əlaqəsi yoxdur"