6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
 
Aztehsil.com-un APA-ya istinadən məlumatına görə, prosesə sədrlik edən hakim Novruz Kərimov bildirib ki, zərərçəkmiş şəxslər hələ ki, özlərinə vəkil tutmayıblar.
 
Zərərçəkmiş şəxslərin hüquqi varisləri isə prosesdə vəkillə təmin olunmaq istədiklərini deyiblər. Zərərçəkmişlər həm də mülki iddia ilə çıxış ediblər. Zərərçəkmiş Eynulla Muradov övladının dünyasını dəyişməsi ilə bağlı maddi və mənəvi ziyan da daxil olmaqla, 122 min manat pul tələb edib.
 
Sonra məhkəmə istintaqının başlandığı elan olunub. Prokuror ittiham aktını elan edib.
 
İttihama münasibət bildirilən N. Hüseynov özünü təqsirli bilib.
 
N. Hüseynov sərbəst şəkildə ifadə verərək bildirib ki, həmin tələbələrə bir neçə ildir ki, sürücülük edib: "Onlara heç biri ilə şəxsi qərəzim olmayıb. Mən onlara dayı olmuşam. Mənə ölüm cəzası da verilsə, razıyam. Bu hadisə ehtiyatsızlıqdan baş verib. Mən bu hadisəni özümə heç vaxt bağışlamayacağam. Həmişə vicdan əzabı çəkəcəyəm”.
 
N. Hüseynov qeyd edib ki, hadisə baş verən anda anlaqlı vəziyyətdə olmayıb: "Elə bil yuxuda idim, heç nə düşünmürdüm. Tələbələrdən biri qışqıranda artıq ayıldım və maşını döndərməyə cəhd elədim. Sonra hadisə baş verdi. Çox adam yaralandı. Yalnız bir nəfər Çinarə adlı tələbə dünyasını dəyişmişdi".
 
İfadə zərərçəkmiş şəxslərin narazılığına səbəb olub və onlar hadisənin mikroavtobusun sürətlə idarə edilməsi nəticəsində baş verdiyini deyiblər.
 
Prokurorun suallarını cavablandıran N. Hüseynov hadisə baş verməzdən əvvəl mikroavtobusun texniki nasazlığının olmadığını qeyd edib.
 
Məhkəmədə N. Hüseynovun mikroavtobusu idarə edərkən etibarnaməsinin olmadığı məlum olub. Məhkəmədə N. Hüseynovun normadan artıq sərnişin daşıdığı da müəyyənləşib. Bildirilib ki, 14 sərnişin daşımalı olduğu halda, N. Hüseynov mikroavtobusa 27 sərnişin götürüb.
 
Sonra zərərçəkmişlər təqsirləndirilən şəxsə suallar veriblər.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Xatirə Nəsibova ifadə verib. O bildirib ki, hadisə günü oğlu İbrahim Nəsibovu dərsə yola salıb: "Hadisədən sonra da oğluma zəng elədim, telefonuna zəng çatmadı. Xəstəxanada oğlumun öldüyünü gizlətdilər. Mən hesab edirəm ki, Namiq burda mühakimə olunası ən axırıncı adamdır. Çünki buna qədər aidiyyatı orqanlar, yük maşınının sahibi də məsuliyyətə cəlb olunmalıdır".
 
Digər zərərçəkmiş Roza Muradovanın atası Eynulla Muradov qızının N. Hüseynovun mikroavtobusuna minmək istəmədiyini qeyd edib: "Qızım mənə dedi ki, Namiq maşını çox sürətli sürür. Amma sonradan özü qızımdan xahiş edib ki, onunla gedib-gəlsin. Mən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyirəm".
 
Prosesdə digər zərərçəkmiş şəxslər də ifadə verib.
 
Proses iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
 
Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

Məktubunda “Son Zəng olmayacaq” dedi və özünü asdı

Məktubunda “Son Zəng olmayacaq” dedi və özünü asdı "Son zəng"-in daha bir dəhşətli hadisəsi...

"Son zəng" hadisəsiz ötüşmədi...

Dəhşətli qəzada ölən məktəblilər dərsdən qaçıbmış - Fotolar

Dəhşətli qəzada ölən məktəblilər dərsdən qaçıbmış - Fotolar

Bakıda məktbədə baş verən hadisə əslində....

Bakıda məktbədə baş verən hadisə əslində....

Gəncədə maşın orta məktəb müəlliməsini vurub öldürdü - FOTO

Gəncədə maşın orta məktəb müəlliməsini vurub öldürdü - FOTO

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Məktəbdə qətlə yetirilən Kənan

Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...

Masallıda məktəblilər arasında mübahisə ölümlə nəticələnib

Masallıda məktəblilər arasında mübahisə ölümlə nəticələnib

Masallıda məktəblilər arasında mübahisə ölümlə nəticələnib

Masallıda məktəblilər arasında mübahisə ölümlə nəticələnib

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu

Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu

Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər

Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

SDU-nun rektoru avtoqəzada xəsarət alan tələbələrlə görüşdü

SDU-nun rektoru avtoqəzada xəsarət alan tələbələrlə görüşdü

Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”

Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə