Xəbərlər / Müəllim / Digər Xəbərlər
24 iyun 2017
88 619


Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

 1.  Eyni ixtisaslı bütün müəllimlərə əgər həmin ixtisasdan dərs saatalrı kifayət həcmdədirsə müəlimlər arasında 18 dərs saatı olmaqla bölünür. Eyni ixtisaslı hər müəllim 18 dərs saatı ilə təmin olunduqdan sonra qalan dərslər dioqnostik qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər arasında bölünür.
 
Əgər məktəbdə eyni ixtisaslı hər müəllimə 18 dərs saatı çatıbsa dioqnostik qiymətləndirmədən aşağı nəticə göstərən müəllimə 18 saatdan az dərs saatı verilməsi qanuvericiliyə ziddir. Dioqnostik qiymətləndirmədən yüksək nəticə göstərən müəllimlərə daha artıq dərs yalnız o zaman verilə bilər ki bütün eyni ixtisaslı müəllimlər minimum 18 saat dərs saatı ilə təmin olunsunlar. 

2.  Əgər məktəbdə eyni ixtisaslı müəllimlərə orta hesabla minimum 18 dərs saatı çatmırsa o zaman dərs saatları onlar arasında bərabər bölünməlidir. Dioqnostik qiymətləndirmənin nəticəsi bu zaman dərs bölgüsündə rol oynaya bilməz. 

3.  Əgər həmin ixtisasdan məktəbdə müəllim yoxdursa və vakansiya veriləndən sonra belə həmin məktəbə müəllim göndərilməyibsə, saathesabı və əvəzçiliklə ixtisas müəllimləri dəvət olunmalıdır. Bu mümkün olmadıqdan sonra bu dərs saatalrı peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlılıq və elmi-nəzəri səviyyəsi ilə fərqlənən, həmin fənn üzrə kurikulumu üzrə təlim kursunu müvəffəqiyyətlə bitirmiş, dioqnostik qiymətlədnirmədən yüksək nəticə göstərən digər fənn müəllimlərinə verilməlidir.
 
Bu dərs saatlarının müəllimlərin sosial məslələrinin həlli məqsədi ilə bölünməsi qanunvericiliyə ziddir. Bu halda dərs saatlarını məktəbin ali idarəedici orqanı olan pedoqoji şuranın qərarı ilə hansı müəllimə verilməsi məsələsi həll olunarsa daha ədalətli olar.

4.   "Həyat bilgisi” fənni üzrə ayrıca ixtisas müəllimi olmadığı üçün onun tədrisi bu fənnin kurikulumu üzrə təlim kursunu müvəffəqiyyətlə bitirmiş, dioqnostik qiymətləndirmədə yüksək bal toplayan tarix, coğrafiya, fizika, kimya, biologiya müəllimlərindən birinə həvalə edilməlidir.
 
Məktəbdə təlim kursundan keçmiş müəllim olmadığı halda fənn üzrə saatlar məktəbin ali idarəetmə orqanı olan pedoqoji şuranın qərarı ilə peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlılıq və elmi-nəzəri səviyyəsi ilə fərqlənən, dioqnostik qiymətləndirmədən yüksək bal toplayan qeyd olunmuş ixtisaslar üzrə müəllimlərdən hər hansı birinə verilməlidir. Bu dərs saatlarının müəllimlərin sosial məslələrinin həlli məqsədi ilə bölünməsi qanunvericiliyə ziddir.

5.  Dərsdənkənar məşğələyə ayrılan dərs saatlarının bir qismi Təhsil Nazirliyinin əmri ilə müəyyən fənlərin tədrisinəayrılır və bu dərslərin təyinatının dəyişdirilməsi yolverilməzdir. Dərsdənkənar məşğələyə ayrılan digər dərs saatları isə peşəkarlıq səviyyəsi yüksək olan və dioqnostik qiymətlədnirmədə yüksək nəticə göstərən fənn müəllimləri arasında bölünür. Bu dərs saatlarının müəllimlərin sosial məslələrinin həlli məqsədi ilə bölünməsi qanunvericiliyə ziddir. Bu halda dərs saatlarını məktəbin ali idarəedici orqanı olan pedoqoji şuranın qərarı ilə hansı müəllimə verilməsi məsələsi həll olunarsa daha ədalətli olar.
 
6.  Fənn dərnəklərinə rəhbərlik ilkin dərs bölgüsü zamanı müəllimlərə həvalə edilmir. Dərnək rəhbərliyi yalnız yeni dərs ilindən məktəbdə dərnəyi təşkil etməyə maddi-texniki baza və kadr olduğu halda şagirdlərin meyl və marqlarına uyğun fənn müəllimlərinə həvalə edilir.
 
Fənn dərnəkləri dərs saatı olamdığı üçün o stavka hesabı ilə müəllimlər arasında bölünməlidir. Yəni fənn dərnəyi 1 stavka, 0,5 sttvka və ya 0,25 stavka hesabı ilə müəllimlər arasında bölünür. Bir stavka 12 saat dərsə bərabər tutulsa da dərnəyin 1, 2 və 4 saat hesabı ilə bölünməsi düzgün deyil. Fənn dərnəklərinə rəhbərliyin müəllimlərin sosial məslələrinin həlli məqsədi ilə verilməsi qanunvericiliyə ziddir. 

7.  Əgər tövsiyələr sizi qane etməzsə yenidən birinci tövsiyəyə qayıdın.
 
Əsas:
 
1. Təhsil Nazirinin 7 oktyabr 2016-cı il tarixli "əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları"nında "Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır” bəndi özünə yer alıb.
 
Eyni zamanda Təhsil Nazirinin 15 may 2017-ci iltarixli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalrı”nın ikinci bəndində "Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri nəzərə alınır" fikri özünə yer alıb. Son vaxtlar heç bir rəsmi sənəd olmasa da məktəb rəhbərləri şifahi göstərişə əsasən qaydaların bu bəndini ilkin dərs bölgüsü zamanı düzgün tətbiq etməməyə cəhd edirlər.
 
Qeyd etdiyimiz bənddə göründüyü kimi "aşağı nəticə”, "yuxarı nəticə” anlayışı olmasa da məktəb rəhbərləri heç bir rəsmi sənədə əsaslanmadan hər hansı bir rəqəmi "aşağı nəticə” üçün meyar götürüb buna uyğun ilkin dərs bölgüsü aparmağa cəhd edirlər. Ümumiyyətlə bu qaydalarda özünə yer alan "nəticə” anlayışının dioqnostik qiymətləndirmədə konkret nəticəni özündə etiva etmir.
 
Qaydların bu bəndi sadəcə əmək və təhsil qanunvericiliyinə uyğun olaraq müəllimlər minimum dərs saatları ilə təmin ediləndən sonra dioqnotik qiymətləndirmədə daha yüksək nəticə göstərən müəllimlərə əgər mümkünsə əlavə dərs saatlarının verilməsinin mexanizmini müəyyən edir. Əslində burda yenilik yoxdur. Həmişə məktəb rəhbərləri stavkadan artıq dərs yükünü peşəkarlıq səviyyəsi yüksək olan müəllimlərə vermək hüququna malik olublar.
 
Sadəcə müəllimlərin peşəkarlıq səviyyəsini müəyyən edən bir meyar olmadığı üçün onlar problemlə üzləşirdilər. Hazırda isə dioqnostik qiymətləndirmənin nəticələri bir növ müəllimlərin peçəkarlıq səviyyəsini müəyəyn etmək üçün bir meyar rolunu oynayır.
 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında göstərilən sxemlərdə dioqnostik qiymətləndirməsi aparılan müəllimlərə "Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı” anlayışı özünə yer alıb.
 
Qərar əmək məcəlləsinin tələbinə uyğun olaraq müəllimlərin aylıq vəzifə maaşını bir stavka dərs yükünə uyğun və 18 saat olmasını müəyyən edir. Əmək Məcəlləsi işçinin vəzifə maaşının və stavkasının azaldılmasını qadağan edir. Dioqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin həmin məcəlləyə görə işəgötürən tərəfindən təkmilləşdirmə kurslarına cəlb edilə bilər. İşçi əmək məcəlləsinin tələbinə görə yalnız attestasiya nəticəsində vəzifəsinə uyğun olmadığı müəyyən edilərsə işdən azad edilə bilər.
 
Attestasiya işəğötürən tərəfindən və yalnız Nazirlər Kabinetinin qərarı ilə müəyəyn olunmuş qayda ilə aparıla bilər. Əmək Məcəlləsi dioqnostik qiymətləndirmənin nəticəsini hüquqi əsas kimi qəbul etmir. Əmək Məcəlləsinə əsasən, işəgötürən, işçini vəzifələrini yerinə yetirmədikdə, əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işdən azad edə bilər. Bu maddə dioqonsotik qiymətləndirmədə aşağı nəticə göstərən şəxslərə şamil edilə bilməz.
 
Çünki dioqnostik qiymətləndirmə işçininin biliyini qiymətləndirmə mexanizmdir və bacraığını müəyəyn etmir. İşçinin aşağı peşə bilikləri birbaşa işin keyfiyyətsiz yerinə yetirilməsi anlamında deyil. Yəni biliyi yüksək olan işçi keyfiyyətsiz iş görə bildiyi kimi, biliyi zəif olan işçi də normal iş yerinə yetirə bilər. Ən əsası isə işçinin yəni konkret olaraq müəllimin işi keyfiyyətsiz yerinə yetirməsi şagirdlərin təhsil və tərbiyəsi, onların bilik və bacarıqlarının qiymətləndirilməsi yolu ilə müəyyən edilə bilər.
 
Ümumiyyətlə qanunvericiliyin birbaşa yox, təfsir edilərk tətbiq edilməsi özü qanunvericiliyə ziddir. Göründüyü kimi əmək və təhsil qanunvericiliyinin tələbinə görə yalnız müəllimlər ixtisasına uyğun azı bir stavka – aylıq vəzifə maaşı ilə tam yəni 18 saat dərs yükü ilə təmin edildikdən sonra dioqnostik qiymətləndirmənin nəticələrinə uyğun əlavə dərs saatları ilə təmin edilə bilər.
 
3. Təhsil Nazirinin 15 may 2017-ci iltarixli əmri ilə təsdiq edilən "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalrı”nın ikinci bəndində "Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir” fikri özünə yer alır və bu açıq-aydın müəllimlərin dərs yükünün 18 saat müəyyən edilməsini özündə etiva edir.
 
Bu qaydadan da göründüyü kimi əmək və təhsil qanunvericiliyinin tələbinə görə yalnız müəllimlər ixtisasına uyğun azı bir stavka – aylıq vəzifə maaşı ilə tam yəni 18 saat dərs yükü ilə təmin edildikdən sonra dioqnostik qiymətləndirmənin nəticələrinə uyğun əlavə dərs saatları ilə təmin edilə bilər.
 
4. Rayon (şəhər) təhsil şöbələrinə Təhsil Nazirinin müavini Ceyhun Bayramovun 08 iyun 2016-cı il tarixli təlimati məktubunda "Həyat bilgisi fənninin inteqrativ xarakter daşıdığı və bu fənn üzrə ayrıca ixtisas müəlimi olmadığı üçün həmin fənnin tədrisinin ibtidai sinif səviyyəsində sinif müəlliminə, ümumi orta təhsil səviyyəsində isə Həyat bilgisi kurikulumu üzrə təlim kursunu müvəffəqiyyətlə bitirmiş tarix, coğrafiya, fizika, kimya, biologiya müəllimlərindən birinə həvalə edilməsi tövsiyə edilir.
 
Məktəbdə təlim kursundan keçmiş müəllim olmadığı halda fənn üzrə saatlar pedoqoji şuranın qərarı ilə peşəkarlıq cəhətdən daha təcrübəli , məlumatlılıq və elmi-nəzəri səviyyəsi ilə fərqlənən qeyd olunmuş ixtisaslar üzrə müəllimlərdən hər hansı birinə verilə bilər" tövsiyəsi özünə yer alıb.
 
5. Dərsdənkənar məşğələ saatları adından göründüyü kimi şagirdlərlə dərsdənkənar şəraitdə təlim-təhsil və tərbiyə işlərinin aparılamsı məqsədi ilə müəllimlər arasında bölünür. Dərsdənkənar məşğələlər şagirdlərin ümumi dünyagörüşünün inkişafına və ayrı-ayrı sahələr üzrə məlumatlarının genişlənməsinə yönəldilir.
 
Təhsil naziri tərəfindən təsdiq edilən tədris planlarına dair qeydlər I (birinci) sinifdə dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat dərs cədvəlinə daxil edilməklə "Riyaziyyat” fənninin tədrisinə, II-IV (ikinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan digər 1 (bir) saat müəyyən edilmiş məktəblərdə dərs cədvəlinə daxil olunmaqla "Şahmat” fənninin tədrisinə, "Şahmat” fənni keçilməyən məktəblərdə "Riyaziyyat” fənninin tədrisinə, VIII (səkkizinci) sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə "Qarabağın tarixi” kursunun tədrisinə verililməsi qeyd olunur.
 
Dərsdənkənar məşğələyə ayrılan digər dərs saatları isə peşəkarlıq səviyyəsi yüksək olan və dioqnostik qiymətlədnirmədə yüksək nəticə göstərən fənn müəllimləri arasında şagirdlərin bölünür. Bu dərs saatlarının müəllimlərin sosial məslələrinin həlli məqsədi ilə bölünməsi qanunvericiliyə ziddir. P.S. Bu bölgü şirin xoşuna gəlmədi...
 
Son dövrlər müəllimlərin bilik və bacarıqlarının dioqnostik qiymətləndirilməsi adlanan proses həyata keçirilib. Bu proses müəllimlərin və hökumətin attestasiyaya hazırlıq üçün bir stimul rolunu oynasa da ancaq və ancaq müəllimlərin ilkin biliklərini müəyyən etməyə bir mexanizm oldu. Yəni dioqnostik qiymətlədnirmə adında qeyd olunsa da müəllimlərin bacarıq və nəticələrini özündə əks etdirmək mexanizminə malik deyil.
 
Məsələni bir misal üzərində təsvir etməyimiz daha yaxşı olardı: Belə ki, məktəblərin birində dioqnostik qiymətlədnirmədən 100 faiz nəticə göstərən məşhur bir müəllim məktəb direktorunun ona dioqnostik qiymətlədnirmədə 75 faiz nəticə göstərən müəllimlə eyni dərs saatı verilməsinə etiraz edib və bunun qaydalara uyğun olmadığını bildirib.
 
Məktəb direktoru da ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şagirdlərin son 5 illik statistikasını ortaya qoyaraq həmin müəllimə bildirib ki, onun dərs dediyi burtaxılış siniflərində indiyə qədər şagirdlər 40 faizdən artıq nəticə göstərməyiblər. Lakin özünün ondan savadlı və bacarıqlı hesab etdiyi kolleqasının dərs dediyi siniflərdə şagirdlərin nəticəsi daha yüksək olub.
 
Səbəb sadə olub. Belə ki günün birinci yarısı məktəbdə dərslərini ötürən lakin günün ikinci yarısı repititorluq fəaliyyəti ilə məşğul olan və məktəbdəki fəaliyyəti əlavə maaş almağa və müştəri yığmağa xidmət edən müəllimin bilikləri yüksək lakin məhsulu aşağı səviyyəli olmağa məhkumdur.
 
Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarınında "Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır” bəndi özünə yer alıb.
 
Eyni məktəbdə işləyən və dioqnostik qiymətləndirmədə eyni ixtisaslı həmkarlarına nisbətən yüksək nəticə göstərən müəllimlər bir qayda olaraq dioqnostik qiymətlədnirmədə onlara nisbətən aşağı nəticə göstərən həmkarlarından hətta bir-neçə dəfə çox dərs saatlarının verilməsinə iddia edirlər.
 
Bu cür müəllimlərin işlədiyi məktəblərin buraxılış imtahanalrındakı nəticələri əks olunan "mənim məktəbim" prortalına baxdıqda məlum olur ki, onların dərs dediyi bütün siniflərdə məktəbin göstəriciləri orta ümumrespublika və ümümrayon göstəricilərindən çox aşağıdır.
 
Bu o deməkdir ki o müəllimlər dioqnostik qiymətləndirmədə fərqli nəticələr göstərsələr də onların dəörs dediyi siniflərdəki nəticə eyni olmaqla bərbaddır. Belə olduqda onlar hansı haqla digərindən daha çox dərs saatına iddia edirlər?
 
İndi siz deyin, məktəb rəhbəri müəllimlərin diqonostik qiymətləndirməsinin nəticəsi ilə yanaşı müəllimin dərs dediyi buraxılış siniflərinin nəticəsini və ya onun dərs dediyi siniflərdə məktəb direktorunun apardığı biliklərin monitorinqinin nəticəsini də əsas götürsə daha yaxşı olmazmı?
               
Rabil Abdinov

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - REPORTAJ

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - REPORTAJ

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI