Xəbərlər
15 iyun 2017
2193

"Mən özümü fədakar müəllim hesab etmirəm."


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Mən özümü fədakar müəllim hesab etmirəm."

 Bu gün cəmiyyətimizdə bəzi gənclər peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, şəhərdə fəaliyyət göstərənlərdən daha yararlı, daha vacib işlə məşğuldular. Elə bizim növbəti müsahibimiz kimi. Lənkəran rayonunun Gəgiran kənd tam orta məktəbində tarix müəllimi işləyən Həbib Əlizadəni sosial şəbəkə izləyicilərinin demək olar ki, çoxu yaxşı tanıyır. Dərsi uşaqlara sevdirmək üçün, qeyri-adi tədris üsulları ilə məhşurlaşan müəllim "Aztehsil.com”un suallarını cavablandırıb.


Əvvəlcə sizi yaxından tanıyaq. 

Öncəliklə çox təşəkkür edirəm. Mən Əlizadə Həbib 1991-ci ilin 22 yanvarında Astara rayonunun Şüvi kəndində doğulmuşam. 2008-ci ildə Şüvi kənd tam orta məktəbini bitirmişəm. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix və ictimaiyyət ixtisasını bitirmişəm. 2015-ci ildə Müəllimlərin işə qəbul imtahanında 51 bal toplayaraq Lənkəranın ucqar Gəgiran kəndində işə başlamışam.


Son zamanlar mətbuatda özünə məxsus metodlarla dərs keçməsi ilə gündəmə gəlib, tanınmayan ucqar bir kənddə işləyən bir müəllimin qısa müddətdə təhsil ictimaiyyətində tanınması sizdə hansı təəssüratları yaratdı?


Ordakı fəaliyyətimizi zaman-zaman sosial şəbəkələrdə paylaşırdıq. Amma on/off formatlı video daha çox bəyənildi. Əvvəlcə dəyərli dostlarım tanışlarım paylaşdı sonra da səhifələr. Təbii ki, bunu gözləmirdim. Sonra idmançılara müraciət etdim. O xeyli paylaşıldı. Ən son Cümhuriyyətimizin 99 illiyinə həsr edilmiş repli tarix dərsi daha ciddi marağa səbəb oldu. Əlbəttə bunlar çox yaxşı motivasiya oldu mənim üçün. Əslində bu mənim şəxsində ucqarlarda işləyən gənc müəllimlərə dəstək sayıla bilər. Çalışacam ki digər gənc müəllimləri də bu fəaliyyətə cəlb edim.


Gənc yaşda müəllimlik fəaliyyətinə ucqar kənddə başlamaq fədakarlıq nümunəsidir. Siz özünüzü fədakar müəllim hesab edirsiz?


Mən özümü fədakar müəllim hesab etmirəm. Düzdür bu sözü tez-tez eşidirəm. Amma əslində heç də belə deyil. Sadəcə olaraq öz üzərimə düşən vəzifəni yerinə yetirirəm. Yəni bu mənim işimdir. Bunu etməliyəm. Təəsüf ki,  bu gün bir çox insan öz işini vicdanla görmədiyi üçün mənfi mənzərə ortaya çıxır. Hamı öz işini görsə ölkədə problem azalar.


Yeni təlim texnologiyalarını, metodlarını ucqar kənd məktəblərində səmərəli tətbiq edilməsi mümkündürmü? 


Ucqar məktəblərdə çətinliklər çoxdur. Amma bununla belə yeni təlim üsullarının tətbiqi mümkündür. Ümumiyyətlə hər hansı təlim üsulunun tətbiqi uğurun mütləq əldə edilə biləcəyi mənasına gəlmir. Bir nömrəli hədəf şagirdin sevgisini qazanmaqdır. Şagirdin sizə sevgisi varsa mütləq tətbiq etdiyiniz yeniliklər müsbət nəticə verəcək. Uğurlu müəllim olmanın iki qızıl qaydası var: 1. Şagirdə sevgi göstərmək, şagirdə dəyər vermək.  2. Nizam-intizam. Əgər siz söz verib etmirsinizsə, onda şagird sizə etibar etməyəcək. Və sonra şagirddən də onu tələb etdiyimiz zaman nəticəsi olmayacaq. Əgər mən yanlış etdiyimdə şagirddən üzr istəmirəmsə onda şagird üzr istəməyəcək. Yəni o şagirddə formalaşmayacaq.


Fikrinizcə, hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti arta bilər?


Mütləq gənc müəllimlər daha çox cəlb edilməlidir. Bu gün ucqarlarda gənc müəllimlərin hələ də çətinlikləri var. Onların şəraitlərinin yaxşılaşması üçün nəsə edilməlidir. Ucqar məktəblər təmir olunmalıdır. Şagirdləri məktəblərə cəlb etmək üçün maraqlı tədbirlər, yarışmalar təşkil edilməlidir. Valideynlərlə daha yaxın, səmimi görüşlər keçirilməlidir. Yeni təlim üsullarına üstünlük verilməlidir. Çünki bir çox halda yeniliklər tətbiq olunmur. Ən əsası hər bir müəllim, idarəçi işinə vicdanla yanaşsa heç bir problem qalmaz.


Güzəştli şərtlərlə ucqar kəndlərə müəllim işləməyə gedənlər məcburdurlar ki, 3 il həmin yerdə işləsinlər. 3 il bitdikdən sonra yenidən Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbində işləmək fikriniz var?


Hazırda fəaliyyətim davam edir. Açığı hələ dəqiq bir qərar verməmişəm. Işlədiyim kəndin çox ciddi yol və nəqliyyat problemi var. Əgər nəqliyyat məsələsini həll edə bilsəm davam etmək olar. 


Həbib müəllim, qarşıdan müəllimlərin işə qəbul imtahanı gəlir. Müəllimlərə tövsiyəniz nədir?


Müəllimlərə uğurlar arzu edirəm. Hansı məktəbdə işə qəbul olunursa olunsunlar işlərinə sevgi ilə yanaşsınlar, şagirdlərinə dəyər versinlər. Problemlər hər zaman var. Əsas işimiz şagirdləri bir dəyərli insan kimi yetişdirmək olmalıdır. Tolstoy demişkən fənnini sevən və bilən müəllim yaxşı müəllimdir. Bununla yanaşı şagirdini sevən müəllim əsl müəllimdir. Ümid edirəm ki əsl müəllim olarlar. Elə mən də arzulayıram ki özüm əsl müəllim ola bilim.


Gənc müəllimlərə burdan demək istərdim ki, çətinliklərə rəğmən ucqarlara getsinlər. Çünki ucqarlarda yaşayan şagirdlərin sizə daha çox ehtiyyacı var.

 

"Mən özümü fədakar müəllim hesab etmirəm."

 

"Mən özümü fədakar müəllim hesab etmirəm."

 

"Mən özümü fədakar müəllim hesab etmirəm."

 

"Mən özümü fədakar müəllim hesab etmirəm."

 





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Saatlının gənc müəlliməsi ilə müsahibə

Saatlının gənc müəlliməsi ilə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Ucqar kəndi seçən gənc müəllim

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski