Xəbərlər
10 iyun 2017
4 374


Hansı universitet müharibə veteranını intihara vadar edir?

Hansı universitet müharibə veteranını intihara vadar edir?

 

Aztehsil.com saytına müharibə veteranı olan Umud Əliyev tərəfindən bir müraciət daxil olub. Saytımıza edilən müraciətə əsasən, veteranın oğlu ikinci kursu bu il bitirib. İllik təhsil haqqını verə bilmədiyi üçün onu semestr imtahanlarına buraxmayıblar və hətta ali məktəbdən kənarlaşdırılacağını da deyiblər. Umud Əliyev isə aylıq 243 manat əməkhaqqı ilə heç ailəsini dolandıra bilmədiyini, oğlunun təhsil aldığı Naxçıvan Universitetinə ödəniş ödəməkdə çox çətinlik çəkdiyini deyir.

 
"4 il Qarabağda döyüşmüşəm. Universitet rəhbərliyinə müraciət edirəm, deyir gərək erməni gülləsinə tuş gələydin...Lap intihar həddinə çatmışam."
 
Bəs görəsən Azətbaycanda bu kimi problemlərdə Qarabağ müharibəsi veteranlarının övladlarına hansı güzəştlər edilir? Ümumiyyətlə güzəştlər varmı?
 
Məsələ ilə bağlı Təhsil Eksperti Nadir İsrafilov fikirlərini bizimlə bölüşüb: "Təəsüf ki, təhsil haqqi ödənişləri ilə əlaqədar poblemlər hələ də tam çözülməmiş qalıb, hamı tərəfindən və hər yerdə heç də birmənalı qarşılanmayaraq, müəyyən narahatçılıq və narazılıqlarla müşayət olunmaqda davam edir. Lazımi maddi təminatı olmayan minlərlə savadlı və perspektivli gənc ödəniş imkansızlığından daxil olduqları ali məktəblərlə üzləşmək zərurəti qarşısında qalırlar. Nəzərə alsaq ki, təkcə ali təhsil müəssisələrimizdə təhsil alan tələbələrimizin 70 faizə qədəri ödənişli əsaslarla oxuyur, bunun nə olduğunu anlamaq o qədər də çətin deyil.  Ayrı- ayrı universitetlərin məsələnin həllinə yanaşma tərzi də fərqlidir. Əlbətdə bu kimi amillər bir sıra obyektiv və subyektiv səbəblərlə şərtlənir. Elə ali təhsil müəssisələrimiz var ki, ödənişlə bağlı tələbələrin borcu 3-4 milyon həddini aşır ki, bu da həmin təhsil ocaqları üçün əlavə problemlər yaradır.
 

Hansı universitet müharibə veteranını intihara vadar edir?

 

Məsələn bir sıra  unıversitetlər ilk dərs ili üçün müqavilə imzalandığı gündə, sonrakı dərs illəri üçün illik təhsil haqqının 50%-ni I semestr başlanan gündən 1 aydan, qalan 50%-ni II semestr başlanan gündən 1 aydan gec olmayaraq universitetin hesabına köçürülməsi, təkrar kursda saxlanılmış tələbə isə həmin dərs ili üçün müəyyən olunmuş təhsil haqqının 50%-ni ödəməsi tələbini qoyur və s.
 
Lakin elə məqamlar da var ki, məsələyə fərdi qaydada baxılmasını, müəyyən istisnalar etməklə, imkan daxilində problemi tələbənin xeyrinə həll edilməsini zəruriləşdirir. Ayrı-ayrı Universitetlərimizdə bu kimi humanist təcrübənin şahidi az olmamışıq. 
 
Hesab edirəm ki, məsələnin optimal həllinə dövlər səviyyəsində müdaxilə olunmalıdır. veteran övladlarının illik təhsil haqqına gəldikdə isə, 
bu qəbildən olan qanunlarda dəfələrlə dəyişikliklər aparıldığından, bu kimi məsələlərə əsasən lazımi əhəmiyyət verilmir. 

Təhsil eksperti Elçin Əfəndinin problemə yanaşmasını oxucularımıza təqdim edirik: "Təhsil qanunvericiliyinə əsasən, ödənişli əsaslarla oxuyan tələbə müqavilə əsasında dövlət ödənişini etməlidir. Əgər bunu ödəməzsə, imtahanlar buraxılmır. Amma universitet rəhbərliyi və şikayətçi tərəf  qarşılıqlı anlaşma əsasında ödənişi hissə-hissə ödəmə öhdəliyi götürə bilərlər. Buna da razı olmursa artıq imtahana buraxmamaqda universitet rəhbərliyi haqlı tərəfdir. Əvvəla ödəniş verə bilməyəcəyini valideyn əvvəlcədən müəyyən etməli idi. Bunun əsasında yazmalı idi ödənişli ixtisası. Əgər yazıbsa da deməli şərtləri qəbul edib. Bu isə ona əsas vermir ki ali məktəb rəhbərliyi kompramisə getsin.
 

Hansı universitet müharibə veteranını intihara vadar edir?

 

Qaldı ki, veteran övladlarına güzəşt məsələsinə. Güzəşt etmək indiki durumda müşküldür. Vətəndaş gərək ilk qəbul ilində sənədləri təqdim edəndə həmin əllilik və ya veteranlıqla bağlı sənədini də təqdim edib müəyyən gözəşt əldə edəydi. İndiki halda da bunu edə bilər. O isə qalır universitet rəhbərliyinin öz qərarına. Yaxşı olar ki, universitet rəhbərliyi ilə valideyn özü görüşüb ona məsələni izah etsin".
 
Məsələ ilə bağlı yazılarımız davam edəcək.
 
aztehsil.com
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Daha bir universitet təhsil haqlarını aşağı saldı

Daha bir universitet təhsil haqlarını aşağı saldı

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

Köçkün müəllimlərə hansı güzəştlər var?

Köçkün müəllimlərə hansı güzəştlər var?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Nəhayət, gec də olsa kimlərəsə “gözün üstə qaşın var” deməyin zamanıdır"

"Nəhayət, gec də olsa kimlərəsə “gözün üstə qaşın var” deməyin zamanıdır"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"