Xəbərlər
09 iyun 2017
3 086


"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

 

"Təh­sil haq­qın­da" qa­nu­na də­yi­şik­lik­lər edi­lə­cək. Diq­qət­çə­kən də­yi­şik­lik­lər­dən bi­ri ali təh­sil mü­əs­si­sə­lə­ri­nin abi­tu­ri­yent­lə­rin qə­bul pro­se­sin­də bir­ba­şa iş­ti­rak et­mə­si ilə bağ­lı­dır. Be­lə ki, Döv­lət İm­ta­han Mər­kə­zi­nin (DİM) təş­kil et­di­yi qə­bul im­ta­han­la­rın­dan uğur­suz nə­ti­cə əl­də edən­lər uni­ver­si­tet­lə­rin nəz­din­də fəa­liy­yət gös­tə­rə­cək kurs­la­ra ya­zı­la­raq uni­ver­si­tet da­xi­li im­ta­han­lar­la hə­min uni­ver­si­tet­lə­rə qə­bul olu­na­caq­lar.

Qeyd edək ki, də­yi­şik­lik Mil­li Məc­li­sin iyu­nun 13-də ke­çi­ri­lə­cək növ­bə­dən­kə­nar ic­la­sın­da mü­za­ki­rə­yə çı­xa­rı­la­caq.

Mil­li Məc­li­sin Elm və təh­sil ko­mi­tə­si­nin üz­vü Asim Mol­la­za­də bil­di­rib ki, də­yi­şik­li­yə gö­rə, uni­ver­si­tet­lə­rin nəz­din­də mü­va­fiq ha­zır­lıq kurs­la­rı ya­ra­dı­lır və bu ha­zır­lıq kurs­la­rı va­si­tə­si­lə ba­ka­lavr pil­lə­si­nə im­ta­han ver­mə­dən qə­bul hə­ya­ta ke­çi­ri­lə­cək. A.Mol­la­za­də kurs­la­rın ödə­niş­li nə­zər­də tu­tul­du­ğu­nu de­yib.

De­pu­tat də­yi­şik­li­yin əle­yi­nə ol­du­ğu­nu vur­ğu­la­yıb: "Bu də­yi­şik­lik im­ta­han­dan uğur­suz nə­ti­cə əl­də edən in­san­lar üçün uni­ver­si­tet­lə­rə qə­bul ol­maq im­ka­nı ya­ra­dır. Mə­nə elə gə­lir ki, bu də­yi­şik­lik ali mək­təb­lə­rin təh­sil sə­viy­yə­si­ni aşa­ğı­ya en­di­rir. Ona gö­rə də bu də­yi­şik­li­yin əley­hi­nə­yəm".
 
Aztehsil.com xəbər verir ki, Təh­sil sa­hə­si üz­rə eks­pert Şah­lar Əs­gə­ro­vun "Eks­press"ə bil­dir­di­yi­nə gö­rə, ötən ilin 60-cı il­lər­də uni­ver­si­tet nəz­din­də be­lə ha­zır­lıq fa­kül­tə­lə­ri fəa­liy­yət gös­tə­rir­di: "Fəh­lə və kənd­li gənc­lər ali mək­tə­bə da­xil ol­ma­yan­da, ey­ni za­man­da, sov­xoz­la­rın, za­vod­la­rın gön­də­ri­şi əsa­sın­da uni­ver­si­tet­lər­də ha­zır­lıq kurs­la­rın­da oxu­yur­du­lar. Ha­zır­lıq kur­sun­da oxu­yan hə­min gənc­lər son­ra im­ta­han ve­rib ins­ti­tut­la­ra qə­bul olur­du­lar. Rus­la­rın gö­zəl bir sö­zü var: "Yax­şı yad­dan çıx­mış, ən yax­şı ye­ni­lik­dir". İn­di uni­ver­si­tet­da­xi­li ha­zır­lıq kurs­la­rı yax­şı yad­dan çıx­mış təc­rü­bə­dir və bu­nu ye­ni­lik ki­mi qə­bul et­sək, fay­da­sı ola­caq" de­yən Əs­gə­rov gənc­lə­rin ha­zır­lıq kurs­la­rı­na cəlb olun­ma­sı və son­ra da­xi­li im­ta­han­lar­la uni­ver­si­tet­lə­rə qə­bul ol­ma­sı­nı müs­bət hal ki­mi də­yər­lən­di­rir. Mü­sa­hi­bi­miz he­sab edir ki, bu­nun nə­ti­cə­sin­də ali mək­tə­bə da­xil ol­maq is­tə­yən gənc­lə­rin bir his­sə­si də ar­ta­caq. "Əgər 10 il bun­dan əv­vəl ali mək­təb­lə­rə 24 min nə­fər qə­bul olur­du­sa, in­di bu rə­qəm 40 mi­nə ça­tıb, bu də­yi­şik­lik əsa­sın­da isə bir qə­dər də ar­ta­caq".
 

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

 

"Təh­sil haq­qın­da" qa­nun­da nə­zər­də tu­tu­lan də­yi­şik­li­yi əhə­miy­yət­li sa­yan Ş.Əs­gə­ro­va gö­rə, bu­nun zə­rər­li bir tə­rə­fi yox­dur. De­di­yi­nə gö­rə, am­ma bu­nun tət­bi­qi üçün la­zı­mi inf­rast­ruk­tur ol­ma­lı­dır. "Ən azı au­di­to­ri­ya, mü­əl­lim­lər, me­to­dik və­sa­it­lər, proq­ram­lar la­zım­dır, bö­yük iş­lər gö­rül­mə­li­dir. Hər hal­da, təh­sil üçün gö­rü­lən iş al­qış­lan­ma­lı­dır".
Ş.Əs­gə­rov qeyd edib ki, uni­ver­si­tet­da­xi­li im­ta­han­la qə­bul gənc­lə­rin təh­sil da­lın­ca xa­ri­cə axı­nı­nın qar­şı­sı­nı tam al­ma­sa da, mü­əy­yən qə­dər ala bi­lər: "Gənc­lər təh­sil al­maq üçün xa­ri­cə ona gö­rə üz tut­mur­lar ki, ora xa­ric­dir. Xa­ri­cə axın ona gö­rə var ki, ora­da təh­si­lin key­fiy­yə­ti yük­sək­dir. Uni­ver­si­tet da­xi­li kurs­lar sa­yə­sin­də xa­ri­cə get­mə­yin qar­şı­sı­nın alın­ma­sı dü­şü­nü­lür­sə, bi­rin­ci­si, təh­si­lin key­fiy­yə­ti qal­dı­rıl­ma­lı­dır".
 
Eks­per­tin de­di­yi­nə gö­rə, Gür­cüs­tan­da, Uk­ray­na­da, Tür­ki­yə­də ək­sər uni­ver­si­tet­lər im­ta­han­sız ali mək­təb­lə­rə qə­bul elan edir. "Gənc­lə­rin təh­sil da­lın­ca xa­ri­cə axı­nın bir kö­kü də bu­dur. Am­ma bu, key­fiy­yət­siz ali təh­sil al­maq­dır. Key­fiy­yət­li ali təh­sil al­maq üçün qərb öl­kə­lə­ri­nə ge­dir­lər. Key­fiy­yət uğ­run­da ge­dən­lər ye­nə ge­də­cək­lər. Bu­nun qar­şı­sı­nı al­maq üçün Azər­bay­can­da gənc­lə­rin key­fiy­yət­li təh­sil ala bil­mə­si­ni tə­min et­mək la­zım­dır. Bir çox uni­ver­si­tet­lə­ri­miz ar­tıq bu iş­də ki­fa­yət qə­dər uğur­lu ad­dım­lar atıb. Yer­də qa­lan uni­ver­si­tet­lər də bu ad­dı­mı at­sa­lar, key­fiy­yət­li təh­sil üçün xa­ri­cə axı­nın da qar­şı­sı­nı ki­fa­yət qə­dər al­maq olar".
 
"Or­ta mək­təb­lə­rin nəz­din­də mək­tə­bə­qə­dər ha­zır­lıq kurs­la­rı fəa­liy­yət gös­tə­rir­sə, ni­yə uni­ver­si­tet­lər­də ali təh­sil mü­əs­si­sə­lə­ri­nə ha­zır­lıq kurs­la­rı fəa­liy­yət gös­tər­mə­sin?" Bu sua­lı isə təh­sil sa­hə­si üz­rə eks­pert Na­dir İs­ra­fi­lov ve­rir. Onun söz­lə­ri­nə gö­rə, on­suz da ək­sər va­li­deyn­lər ali mək­təb­lə­rə ha­zır­lıq məq­sə­di­lə müx­tə­lif kurs­la­ra, re­pe­ti­tor xid­mət­lə­ri­nə mü­ra­ci­ət edir. "Bi­la­va­si­tə uni­ver­si­te­tin nəz­din­də ha­zır­lıq kurs­la­rı­nın təş­kil olun­ma­sı ən op­ti­mal va­ri­ant­dır. Bu­nun bir müs­bət tə­rə­fi on­dan iba­rət ola­caq ki, mə­zun vax­tın­dan sə­mə­rə­li is­ti­fa­də edə­cək. Ali mək­tə­bə qə­bul ol­ma­dıq­da, uni­ver­si­tet da­xi­lin­də kur­sa ge­də­rək həm də özü­nə məş­ğu­liy­yət ta­pa­caq. İkin­ci­si, əv­vəl­cə­dən uni­ver­si­tet mü­hi­ti­nə alı­şa­caq. Üçün­cü­sü, uni­ver­si­te­tin mad­di mə­sə­lə­lə­ri həll olu­na­caq. Bu kurs­lar ödə­niş­li­dir. Təh­si­lin əl­ça­tan ol­ma­sı­nı ar­zu­la­yı­rıq­sa, o ödə­niş­lə­rin də əl­ça­tan ol­ma­sı­nı tə­min et­mə­li­yik".
 

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

 

Onun söz­lə­ri­nə gö­rə, uni­ver­si­tet nəz­din­də ha­zır­lıq kurs­la­rı təş­kil olun­sa, bur­da hər­bi ça­ğı­rış mə­sə­lə­si­nin ne­cə ola­ca­ğı mə­sə­lə­si or­ta­ya çı­xır. "Or­ta mək­tə­bi bi­tir­dik­dən son­ra mə­zun­lar hər­bi xid­mə­tə cəlb olu­nur. Yaş həd­lə­ri ça­tan­lar­dan kim­sə ge­dib ha­zır­lıq kur­su­na gö­rə ödə­niş edib­sə, onun hər­bi xid­mət mə­sə­lə­si ne­cə həll olu­na­caq? Ba­ka­lavr­la­ra ve­ri­lən hər­bi xid­mət­dən möh­lət hü­qu­qu ha­zır­lıq kurs­la­rı­na ya­zı­lan­la­ra da ve­ri­lə­cək­mi?"

Kurs­la­rı bi­ti­rən­lə­rin bir­ba­şa im­ta­han­sız qə­bul olun­ma­sı­na gə­lin­cə, İs­ra­fi­lov bil­di­rib ki, kurs­da oxu­yan­la­rın ha­mı­sı­nın uni­ver­si­te­tə qə­bul olun­ma­sı yax­şı qar­şı­lan­maz: "İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz".

Uni­ver­si­tet­da­xi­li qə­bul im­ta­han­la­rı­nın ke­çi­ril­mə­si qay­da­la­rı­nın va­cib­li­yi­ni vur­ğu­la­yan həm­söh­bə­ti­miz de­yib ki, im­ta­han­la­rın test və ya şi­fa­hi, ya­zı­lı for­ma­da ol­ma­sı də­qiq­ləş­di­ril­mə­li­dir: "Test mə­sə­lə­si ən ge­niş mü­za­ki­rə olu­nan mə­sə­lə­dir. Test­lə­rə bir­mə­na­lı ya­naş­ma da yox­dur. Test mən­ti­qi tə­fək­kü­rün in­ki­şa­fı­na xid­mət edir. Am­ma bir tə­rəf­dən də ya­zı­lı və şi­fa­hi im­ta­han­dan im­ti­na et­mə­yi­miz tə­lə­bə­lə­rin ya­zı vər­diş­lə­rin­dən, nitq qa­bi­liy­yə­tin­dən, mə­də­niy­yə­tin­dən məh­rum olun­ma­sı­na gə­ti­rib çı­xa­rıb. La­kin bu­nun­la bağ­lı mək­təb­lər­də mü­əy­yən qə­dər iş ge­dir. Or­ta mək­təb­lər­də ya­zı qa­bi­liy­yə­ti­nin in­ki­şaf et­di­ril­mə­si üçün es­se im­ta­han­la­rı da­xil olu­nub. Ali mək­təb­lər­də test­lə ya­na­şı ya­zı­lı və şi­fa­hi im­ta­han­lar da ke­çi­ri­lir. Ödə­niş­li kurs­la­rın açıl­ma­sı­nı al­qış­la­yı­ram, am­ma bu­nun iş­lək me­xa­nizm­lə­ri ol­ma­dan ef­fek­tin­dən da­nış­maq ol­maz. Uni­ver­si­tet da­xi­li qə­bul im­ta­ha­nı hə­ya­ta ke­çi­ri­lər­sə, bu­nun bü­tün de­tal­la­rı nə­zə­rə alı­na­raq op­ti­mal mo­del qə­bul olun­ma­lı­dır".
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşdü

ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşdü

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

DİM bəzi təhsil ekspertlərinə cavab olacaq addım atıb

DİM bəzi təhsil ekspertlərinə cavab olacaq addım atıb

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”

Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Necə edək ki,insanlar bizi bəyənsin?!

Necə edək ki,insanlar bizi bəyənsin?!

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

BANM-in tələbələri Səngəçal terminalında olublar

BANM-in tələbələri Səngəçal terminalında olublar

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib