Xəbərlər
09 iyun 2017
3 798


Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

 

"Qadınlar siyasi və ictimai sferada yüksək fəallıq nümayiş etdirirlər".
 
Aztehsil.com apa-ya istinadən məlumat verir ki, bunu "Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf" mövzusunda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə keçirilən panel müzakirələrdə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib.
 
Ə. Əhmədov bildirib ki, bu sahədə durumu yaxşılaşdırmaq müsbət haldır: "Dünyada qadınlar və kişilər arasında bərabərliyin tam təmin olunmadığı məlumdur. Beynəlxalq təşkilatların hesablamalarına görə, dünyada kişilərin 70, qadınların 46 faizi ictimai fəaliyyətə cəlb edilib. Ancaq dünyada bütövlükdə görülən işlərin 2/3-ni qadınlar yerinə yetirirlər. Bura ev təsərrüfatı da daxildir. Qadınların görülən işlərin üçdə ikisini yerinə yetirməsinə baxmayaraq, yaradılan dəyərlərin yalnız 10 faizi qadınlara çatır. Dünyada təhsil almaqdan məhrum olanların üçdə ikisi də qadınlardır. BMT-nin hesablamalarına görə, dünyada hər dəqiqə doğuş zamanı 1 qadın, il ərzində 500 minə qədər qadın həyatını itirir. Gender bərabərliyi təmin olunan ölkələrin əksəriyyəti inkişaf etmiş ölkələrdir. Siyahının əvvəlində Skandinaviya ölkələri gedir. Ən aşağıda inkişaf etməmiş ölkələr gedir. Ancaq bu məntiqin pozulduğu məqamlar da var. Məsələn, yüksək inkişaf etmiş Yaponiya gender bərabərliyinin təmin olunması üzrə siyahıda 114-cü, Cənubi Koreya 116-cı, inkişaf etməkdə olan Ruanda isə 5-ci yerdədir".
 
Ə. Əhmədov qadınların ictimai sferada, iqtisadi fəaliyyət sahəsində iştirakının artması ilə cəmiyyətin inkişafında mühüm rol oynadıqlarını vurğulayıb: "Bu mənada gender məsələsində Yaponiyanın təcrübəsinin öyrənilməsinin tərəfdarı deyiləm, ümumən qadınların cəmiyyətin inkişafında mühüm rol oynadığı modellərin öyrənilməsinin tərəfdarıyam".
 
Baş nazirin müavini 200 il əvvəl qadının işləməməsinin, onun üçün komfort şəraitin yaradılmasının gender bərabərliyinin pozulması kimi qiymətləndirilmədiyini qeyd edib: "Bu gün isə qadının ictimai sferadan, iqtisadi fəaliyyətdən kənarda qalması gender bərabərliyinin pozulması kimi dəyərləndirilir və bu da müasir dövrün tələblərinə uyğundur. Azərbaycanda təhsil və səhiyyədə çalışanların 70 faizi qadınlardır. Bu, Azərbaycanda qadınların təhsil səviyyəsinin, iqtisadi sferada fəallığının yüksək olmasından xəbər verir. Vətəndaş cəmiyyəti institutlarının böyük hissəsi qadınlar tərəfindən idarə olunur. Milli Məclisdə 19 qadın deputatımız var. Bunu çox saymıram, amma az da deyil. Bələdiyyələrdə də qadınların iştirakı 30 faizdən yuxarıdır".
 
Ə. Əhmədov gender bərabərliyi sahəsində narahat edən məqamların olduğunu da vurğulayıb: "Siyasi, ictimai həyatda, iqtisadi sferalarda qadın-kişi nisbətində kişi fəallığı yüksəkdir. Keçmişin müəyyən qalıqları da qadınlarla bağlı müəyyən problemlərə yol açır. Bu sahədə işimizi qurub, problemləri aradan qaldıracağıq".
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

"Qızların təhsil alması indiki dövrün ən mühüm məsələlərindən biridir"

"Qızların təhsil alması indiki dövrün ən mühüm məsələlərindən biridir"

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

"Azərbaycan təhsilində qadınlar üçün yaxşı imkanlar var"-Efiopiyanın birinci xanımı

"Azərbaycan təhsilində qadınlar üçün yaxşı imkanlar var"-Efiopiyanın birinci xanımı

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Təhsil Nazirindən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA

Təhsil Nazirindən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə adlı tədbir keçirilib

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə adlı tədbir keçirilib

Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov

Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib