Xəbərlər
04 iyun 2017
2 736

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir. DİM-dən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılacaq.
 
İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
 
Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq. 
 
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
 
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2017-ci il mayın 4-dən 22-dək aparılıb və 9522 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8664 nəfəri Azərbaycan bölməsi, 858 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4027 nəfərini oğlanlar, 5495 nəfərini qızlar təşkil edir. 5621 nəfər ali təhsil müəssisələrinin builki, 3901 nəfər isə əvvəlki illərin məzunudur. 19 bakalavr xarici ölkə vətəndaşıdır.
 
İmtahanın idarə olunmasına 89 imtahan rəhbəri, 867 nəzarətçi-müəllim ayrılıb.
 
moderator.az
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlərin sayı açıqlanıb

DİM: Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

Dövlət İmtahan Mərkəzi mayın 6-da imtahan keçirəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

Magistraturaya, rezidenturaya qəbul imtahanlarının I mərhələsi və Azərbaycan dili imtahanları keçirilib

Magistraturaya qəbul olmaq istəyən 910 bakalavr ərizəsini təsdiqləyib

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı

Magistraturaya qəbul olmaq istəyən 12 mindən çox bakalavr ərizəsini təsdiqləyib

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb