Xəbərlər
26 may 2017
3 283


Nazirliyin favorit onluğu: onlara niyə xüsusi imtiyaz verilib?

Nazirliyin favorit onluğu: onlara niyə xüsusi imtiyaz verilib?

 

Ekspert: "Bu, obyektiv yanaşma deyil. Bütün müəllimlər Azərbaycan vətəndaşları olaraq eyni hüquqlara, vəzifələrə malikdir və iş şəraiti hamı üçün uyğun, müvafiq olaraq qurulur".

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı tətbiq olunacaq yeniliklərin detallarını açıqlayıb. Nazirliyin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqin Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, yeniliklərdən biri də bəzi müəssisələrə müsabiqədənkənar müəllim işə qəbul etmək hüququnun verilməsidir.

"Bu müəssisələrin siyahısı artıq təsdiqlənib. Sayı 10-dək olan müəssisələrin hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək imkanına malik olsa da, namizədin təyinatını Təhsil Nazirliyi ilə razılaşdırımalıdırlar" — Bağırov bildirib.

Seçilmiş müəssisələrin respublikada ən yüksək akademik göstəricilərə malik olduğuna diqqət çəkən nazirlik rəsmisi əlavə edib ki, bu müəssisələrə işə qəbul olunmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştiraka ehtiyac yoxdur: "Sadəcə olaraq, həmin namizədlərin siyahısı nazirliyə təqdim olunacaq və onlar müvafiq komissiya tərəfindən araşdırılacaq".

"Gələcəkdə Təhsil Nazirliyi, tabeliyində olmayan, ancaq yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə bir səlahiyyətin verilməsi məsələsinə baxa bilər. Məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmək və s. aiddir. Bu müəssisələrə işə qəbul olunmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdır. Namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur" — TN təmsilçisi vurğulayıb.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, müsabiqədənkənar müəllim işə qəbul etmək hüququ verilən müəssisələrdə çox keyfiyyətli təlim aparılır və müəyyən yeni texnologiyalardan istifadə olunur. Bununla belə, ekspert, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin bu siyahıya niyə daxil edildiyini başa düşmür.
 

Nazirliyin favorit onluğu: onlara niyə xüsusi imtiyaz verilib?

 

"Ümumi mənada təhsil sisteminə kompleks, ədalətlə və hamıya eyni gözlə baxılırsa, onda bu məktəblər niyə xüsusi icazəli, imtiyazlı olmalıdır? Bu, obyektiv yanaşma deyil. Bütün müəllimlər Azərbaycan vətəndaşları olaraq eyni hüquqlara, vəzifələrə malikdir və iş şəraiti hamı üçün uyğun, müvafiq olaraq qurulur. İşə qəbul ilə bağlı müəllimin bacarığı varsa, yüksək qiymət ilə qəbul et, bacarığı zəifdirsə, təkmilləşdir. Bunu məqbul hesab etmirəm" — Ə. Ağayev bildirib.


Ekspert istəyir ki, bütün ümumi təhsil məktəblərində diaqnostik imtahan tətbiq olunursa, eyni səviyyədə, qaydada tətbiq olunsun və iş təminatı eyni qaydada yerinə yetirilsin.

Təhsil eksperti Nadir İsrafilov isə Sputnik Azərbaycan-a açıqlamasında bu yeniliyi müsbət qiymətləndirib: "Azərbaycanda 2000-ci illərədək müəllimlərin, direktorların işə qəbulu yerli təhsil orqanları tərəfindən həyata keçirilib. Sonra isə bu məsələ ilə bağlı qaydalarda 15-dən çox dəyişiklik edilib. 1999-cu ildə hazırlanmış və mərhum prezident tərəfindən təsdiq olunmuş İslahat Proqramında göstərilib ki, təhsildə səlahiyyətlər, funksiyalar yerlərə verilməlidir. Təhsil naziri Mikayıl Cabbarov dəfələrlə belə bir ifadə işlədib ki, müəllimlərin işə qəbulunun məktəb direktorlarına, məktəb direktorlarının işə təyinatının yerli təhsil idarəetmə orqanlarına həvalə etmək üzərində iş gedir".

Onun fikrincə, birdən-birə bunu tətbiq etmək olmaz: "Ona görə də, bu, mərhələlər üzrə, yəni pilot şəklində həyata keçirilir. İlkin olaraq 10 məktəbə belə bir səlahiyyət verilir. Bu müəssisələr göstəricilərinə, nüfuzuna görə hələ ki, özlərini doğruldur. Biz təhsildə həddindən artıq mərkəzləşdirmə aparmışıq. Çalışmalıyıq, bu məsələlər ərazi üzrə həll olsun. Yəqin gələcəkdə səlahiyyətlərin yerlərə verilməsi istiqamətində addımlar atılacaq".
 

Nazirliyin favorit onluğu: onlara niyə xüsusi imtiyaz verilib?

 

Qeyd edək ki, 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı açıqlanıb. Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda 10 təhsil müəssisəsi yer alıb. Buraya Bülbül adına orta ixtisas musiqi məktəbi, Bakı Avropa Liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına orta ümumtəhsil Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksi, Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, Kimya-biologiya Təmayüllü Respublika Lisey, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və T.Həsənov adına 23 nömrəli tam orta məktəb daxildir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Bu məktəblərdə müəllimlər işə imtahansız qəbul ediləcək - SİYAHI

Bu məktəblərdə müəllimlər işə imtahansız qəbul ediləcək - SİYAHI

Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var

Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Ali məktəblərə müsabiqəsiz qəbul olmaq istəyənlərin SAYI açıqlanıb

Ali məktəblərə müsabiqəsiz qəbul olmaq istəyənlərin SAYI açıqlanıb

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI