Xəbərlər
22 may 2017
6 891


"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

 

"Başıbəlalı 1 sentyabr sindromu” yenidən gündəmə gəlib...
 
Son günlər bəzi saytların hətta manşetə belə çıxardıqları "Azərbaycan təhsil sisteminə etiraz- Valideynlər ayağa qalxdı” kimi başlıqlı yazılar, "müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər” kimi statuslar və sosial şəbəkələrdəki digər paylaşmalar diqqətimi cəlb etdi. Sən demə, valideynlər təhsil müddətinə etiraz ediblər. Hətta dərs müddətinin 1 sentyabr-25 may arasında keçirilməsini tələb edən petisiya belə hazırlayıblar. Petisiyada qeyd edilir ki, əvvəllər dərslər 1 sentyabrda başlayırdı. Sonradan bunu hansısa səbəblərdən 15 sentyabr tarixinə keçirdilər. İndi isə dərs müddətini iyunun 15-dək uzadırlar. Dərsləri çatdırmaq olmur. Yayın istisində uşaqlar dərsdə necə oturacaq? Bunu fikirləşən yoxdur. Xahiş edirik dərslər əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilsin. Yazılanlara və deyilənlərə görə Petisiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.

Bu yandan da Milli Məclisin deputatı Fazil Mustafanın Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı "Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram. Bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər. Əvvəllər sovet dövründə qəbul imtahanları avqust ayında qurtarırdı, tədris proqramı tələsik də olsa sentyabrın 1-dən start götürürdü. İndi isə artıq iyul ayına imtahan qalmır, kifayət qədər tədris prosesinə hazırlıq vaxtı yaranır, niyə bu fürsəti qaçırırıq, doğrusu anlamaq olmur” – açıqlaması mənə sanki son dərəcə dəyərli və ibrətamiz filmlərimizdən olan "Axırıncı aşırım”dakı təxmini yadımda qalan bir dialoqu xatırlatdı:

- Hə, necəsən, qəmsəmol? Ağlın başıva gəldi? Sən hələ uşaqsan bala, aldadıb yolundan çıxarıblar səni. Eybi yoxdur, ağıllanarsan. Ə Rəşid, tüfəngini ver ona… Tüfəngi götür, keç bizim tərəfə. – Niyə dinmirsən… – Mən satqın deyiləm Kərbəlayi. – Bıy…, satqın niyə olursan. Əvvəl səhv eləmisən, indi başa düşürsən ki, yaxşı iş görməmisən. Mən də səni öldürmürəm, bağışlayıram…

Bəri başdan məni qınamayın. Digərlərini deyə bilmərəm, ancaq bəzən mənə elə gəlir ki, kiməsə qəribə görünsə də, təhsilimizdə "xeyir- bərəkətin çəkilməsinin”, dərsə, məktəbə, bütövlükdə təhsilə marağın azalmasının əsas "baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir.

Yəqin çoxları xatırlamamış deyillər ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, genış müzakirə və polemikalara yol açmışdı. Müəyyən müddət keçməsinə baxmayaraq, xüsusilə son günlər sosial şəbəkələrdə dərs günlərinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı məsələnin təkrar gündəmə gəlməsi artıq bunun heç də sıradan olan adi bir məsələ olmamasından xəbər verir

İndi Kərbəlayı İsmayılın sözü olmasın, haçansa 10-15 il bundan qabaq, daha dəqiq desək 1999-2000-ci tədris ilində havaların bir balaca qızmasından narahatçılıq keçirib, Misir Mərdanovun təxəyyülünün məhsulu olaraq bir səhvə yol vermişik, nə olar, heç olmasa indi də olsa səhvimizi düzəldək. Bir də ki, axı millət də, millətin vəkili də bundan narahatçılıq keçirir…

Lakin ötən illər ərzində Təhsil Nazirliyi, nədənsə, "Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004–cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əslanaraq, öz mövqeyində hələ ki, israrlıdır. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olur. Nazirliyin cavabında o da vurğulanmışdı ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək. Səbəb kimi gətirilən arqumentlər içərisində beynəlxalq təcrübəyə istinad edilməsi də özünə yer alıb.

Mənim mövqeyimə gəlincə, Təhsil Nazirliyinin əsaslandırdığı arqumentləri, məsələnin səmərəli həlli baxımından kifayət qədər yetərli hesab edilə bilməz.

Əvvəla, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək olardı. Digər tərəfdən dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə də, zəruri hesab olanan iki həftə bərpa edilə bilərdi. Bir də ki, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Məsələn, bizim 6 yaşdan uşağı məktəbə gödərməyimizə rəğmən, dünya təhsilinə nümunə sayılan Finlandiyada uşaqları məktəbə 7 yaşdan göndərirlər və s. Bir də ki, buna qalsa DİM (Dövlət İmtahan Mərkəzi) heç dərs ilinin başa çatmasına məhəl qoymadan buraxılış və monitorinq imtahanları keçirir. Hələ üstəlik də bu ərəfələrdə paytaxtda Formula 1, digər beynəlxalq yarışların keçirilməsi, regionlarda təsərrüfatın qızğın çağı və s. və i.a

Nə deyim, bəlkə də "pioner” sözündən qıcıqlanıb uşaqlarımizı yay-istirahət düşərgələrindən məhrum etdiyimiz kimi hesab edirik ki, 1 sentyabr sovetdən qalma nümunədir,"zastoy” dövrünün nişanəsidir, nə bilim imperializmin qalığıdır, başqa bir müəmmadır…?

Yox, əgər beynəlxalq təcrübəni əsas götürürüksə, bildiyim qədər dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr "Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə də dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır.Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti ilin mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır. ABŞ-da da "Bilik günü”nün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblərdə "Bilik günü” sentyabr ayının ilk bazar ertəsi yaxud cümə axşamına təsadüf edir və s.

Nazirliyin "hava şəraiti baxımından çətinlik törədilməyəcəyi” arqumentinə gəlincə isə, hesab edirəm ki, iqlimlə əlaqədar elə də əsaslı fərq olmasa belə, burada psixoloji-fizioloji faktorların rolu böyükdür. Çünki tempraturdan asılı olmayaraq, iyun ayı insanlarda istilərin hələ qabaqda olması, sentyabr ayı isə artıq istilərin arxada qalması kimi assosiasiya olunur. Buna görə də, belə bir əhval-ruhiyyəyə əsasən istəsək də, istəməsək də bu reallıqla hesablaşmalıyıq ki, artıq may ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır. Burda insana xas olan harmonal və digər prosesləri də nəzərə almaq lazımdır. Bir də ki, uzun illərin ənənə amili də var.

1 sentyabrın ilk dərs ilinin başlanğıcı, bilik günü kimi yaddaşlardan silinməsi üçün keçdiyimiz dövr kifayət etmir. Xeyli müddən öncə "Əlifba” dərsliyimizi "Ana dili” dərsliyi ilə əvəz ediyimizə baxmayaraq, məktəblərimiz bu gün də "Ana dili” deyil, "Əlifba” bayramı” keçirməkdə davam edirlər. Heç olmasa bu baxımdan da olsa digər ənənələrimizə hörmət və sayğı ilə yanaşdığımız kimi, təhsil ənənələrimizi də qoruyub saxlamağa çalışmalıyıq və buna borcluyuq.

"1 senyabr” ənənəsinin nə vaxtsa yenidən bərpa olunacağını, gec-tez belə bir addımın atıla biləcəyini istisna etmirəm. Niyə də etməyək. Əgər Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, respublika ərazisində hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçid tətbiq edilməsi, oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtının ləğv edilməsinə, nəhayət, son qoyuldusa, deməli hazırda mövcud olan belə bir qərar da ləğv edilə bilər. Hər halda növbəti səhvlərə bir daha yol verməmək üçün, heç olmasa keçmiş səhvlərin aradan qaldırılması da bir qazancdır. Necə ki, təhsilə deyil, daha çox kommersiya məqsədlərinə xidmət edən və valideynlərə məcburi sırınan "İş dəftərləri”nin məcburi olmaması barədə, gec də olsa, qərara gəldik. Necə ki, şagirdin dərsə gəlməməsinə görə valideynin 100 manat məbləğində cərimələnməsi barədə absurd qərarı ləğv etdik, necə ki, Qanun layihəsindən çıxarmaq istədiyimiz maqistrərə hərbi xidmətdən möhlət hüququ verilməsi müddəasını yenidən qanuniləşdirdik və s.

Nəhayət, unutmayaq ki, təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işidir, ümummilli məsələdir. İctimai rəyi nəzərə almaq isə, Ölkə başçısı tərəfindən təsdiq edilmiş və Milli Məclis tərəfindən qəbul olunmuş "İctimai iştirakçılıq haqqında” Qanunun başlıca tələblərindən biridir.
 
Nadir İsrafilov, təhsil eksperti
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan təhsil sisteminə etiraz - Valideynlər ayağa qalxdı

Azərbaycan təhsil sisteminə etiraz - Valideynlər ayağa qalxdı

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil Nazirliyi deputatın təklifinə BAXMAYACAQ

Təhsil Nazirliyi deputatın təklifinə BAXMAYACAQ

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Çox vacib məsələ ilə bağlı təhsil ekspertinin Rəyi

Çox vacib məsələ ilə bağlı təhsil ekspertinin Rəyi

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

TEST 1 Direktor olmaq istəyənlər üçün   İş vaxtı və istirahət vaxtı

TEST 1 Direktor olmaq istəyənlər üçün İş vaxtı və istirahət vaxtı

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?