Xəbərlər
20 may 2017
7 853


Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

 Aztehsil.Com xəbər verir ki, Azərbaycanda müəllimlərin qiymətləndirilməsi prosesi davam edir. Hazırda 100 min müəllim diaqnostik qiymətləndirilmədən keçib və 50 min müəllim qalıb.


Azərbaycan müstəqillik əldə edəndən bəri müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı  müxtəlif metodları sınayıb. Təhsil sahəsində müəllimlə bağlı verilən qərarların tez-tez dəyişdirilməsi cəmiyyətin bu peşəyə olan inamsızlığını daha da alovlandırır.


Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov A24.Az-a açıqlama verərək müəllimlərin qiymətləndirilməsi məsələsinə aydınlıq gətirib. "Müəllimlərin qiymətləndirilməsi prosesi belə  olmur. Bu uzun müddət davam edən prosesdir və birmənalı şəkildə qarşılanmır. 1999-cu ildə Azərbaycan  Respublikasının islahat proqramı qəbul olunub. Burada əsas məqsəd kadr infrastrukturunda dəyişikliklər edilməsi ilə bağlı idi.  Müəllimlərin əməyinin  stimullaşdırılması, əmək haqlarının diferensial ödənilməsi məsələsi də vacib şərt kimi  irəli sürülüb. 2004-cü ilə qədər bütün bu problemlər həll olunmalı idi”.

 

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər


 2001-ci ildə Nazirlər Kabineti işçilərin attestasiyasının keçirilməsi haqında qərar qəbul edib.  Keçmiş təhsil naziri Misir Mərdanov tərəfindən müəllimlərin attestasiyadan keçməsi ilə bağlı qərar qəbul edildi. Qərara görə attestasiya 2003-cü ildə başlamalı, 2004-cü ildə başa çatmalı idi. Attestasiya dayandırıldı.  Təhsil eksperti qeyd etdi ki,  problem hələ də həll edilmədi.


Attestasiya, sınaq imtahanı, sertifikasiyanın keçirilməsi,  lisenziya verilməsi məsələləri bir-bir sınandı və uğursuz alındı.


Hazırda isə təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə müəəlimlərin diaqnostik qiymətləndirilməsi prosesi keçirilir. Bu proses bitdikdən sonra müəllimlər sertifikasiyadan keçiriləcək.


Təhsil üzrə ekspert N. İsrafilov qeyd etdi k,  təhsil sistemində tətbiq edilən üsullarda vahid fikir yoxdur. "İndi də deyirlər ki, attestasiyadan keçməyənlər hazırlıq kurslarına göndəriləcək. Sertifikasiyadan keçməyənlər işlərindən məhrum olacaq. Bütün bu dəyişikliklər müəllimlərin arasında çaqınlıq yaradır. Sovet dövründə hər 5 ildən bir müəllimlər ixtisasartırma kurslarına gedirdilər. Bizdə bunlar ləğv edildi. Müəllim var ki, 20 ildir müddətsiz müqavilə ilə işləyir. Müəllimin yenidən imtahan edilməsi,  kəsilməsi işdən azad edilməsi pedaqoji etik qaydalara ziddir.  Nəyə görə cəmiyyətdə məhz müəllimin saxta diplomu şişirdilir? Axı digər peşələrdə də saxta diplomla işləyənlər çoxdur. Müəllimlərin qiymətləndirilməsi, saxta diplomlarla bağlı məsələlər çox qabardıldıqca müəllimlərin nüfuzu aşağı düşür.  Bu cür məsələlər birmənalı şəkildə həllini tapmalıdır”.


Ekspert ümid edir ki,  diaqnostik qiymətləndirmə başa çatdıqdan sonra attestasiya,  sertifikasiya məsələlərinə də aydınlıq gətiriləcək.


Vüsalə Əlövsətqızı, A24.Az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi keçiriləcək

Bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi keçiriləcək

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları