Xəbərlər
17 may 2017
6085

Bu müəllimlər işdən çıxarılacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bu müəllimlər işdən çıxarılacaq

 

"Təhsil Nazirliyi 2014-cü ildən sonra müsabiqədənkənar işə qəbul edilən, vakansiyalar gizlədilərək işə götürülən müəllimlərin barəsində tədbir görüb. Tədris ilinin sonunda onların hamısı ilə əmək müqavilələrinə xitam veriləcək. Həmin müəllimlərin sayı hələ dəqiq deyil və onların sənədlərinin yoxlanması prosesi gedir. Sonradan həmin müəllimlərin işlədiyi yer vakansiyaya düşəcəksə, mövcud müəllimlər arasında dərs yükünü bölmək mümkün deyilsə, o saatlar vakansiyaya çıxarılacaq”.
 
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.
 
E. Bağırov qeyd edib ki, nazirlik tərəfindən vakant yerlərlə bağlı yaradılan sistem daim işləyir. Bu il sistemin daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu deyən nazirlik rəsmisi qeyd edib ki, həmin sistemin əmək haqqı hesablanma sisteminə inteqrasiyası nəzərdə tutulub. E. Bağırov bildirib ki, sistem  tam formalaşandan sonra neqativ hallar olmayacaq.
 
Müdir əvəzi əlavə edib ki, bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin daxili yerdəyişmələrinin Təhsil Nazirliyinin tərəfindən həyata keçirilməsidir: "Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdi. Bu il isə proses Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu zərurət bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsi və digər məsələlərdən irəli gəlib.
 
2015 və 2016-cı illərdə yerlərdə, rayonlarda aparılan yoxlamalar, araşdırmalar nəticəsində daxili yerdəyişmələrdə ciddi nöqsanların olduğu üzə çıxıb. Diaqnostik qiymətləndirmə zamanı müəllimlərin sənədləri araşdırılarkən bu faktlar aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması məqsədilə bu prosesi öz üzərimizə götürmüşük.
 
Bu il ilk dəfə olaraq müəllimlərin daxili yerdəyişməsini nazirlik tərəfindən həyata keçirəcək. Nazirlik tərəfindən aşkarlanan faktlardan ən çoxu müəllimlərin sıxlıq olan ərazilərə yerləşdirilməsi, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə gətirilməsi digərləridir. Gizlədilən vakansiyaya işə götürülən müəllimlərin yerləri nazirlik tərəfindən müəyyən olunub. Onların hamısı müsabiqəyə çıxarılacaq və bu il əvvəlki illərdən daha çox vakant yer elan olunacaq”.





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək

Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Belə çıxır ki,

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

İş yerini dəyişən Müəllimlərin maaşı necə hesablanacaq? - Açıqlama

İş yerini dəyişən Müəllimlərin maaşı necə hesablanacaq? - Açıqlama

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar