Xəbərlər
11 may 2017
3 395


“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

 

Mayın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin yaranmasının 80 illiyinə həsr olunmuş "Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı işə başlayıb. İki gün davam edəcək konfransın plenar iclasında çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev konfransın xarici dillərin tədrisi kimi önəmli bir məsələyə həsr olunduğunu bildirib və onun əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun illik hesabatından sitat gətirərək müasir dövrdə iş tapmaq üçün öz ixtisasını dərindən bilmək, informasiya texnologiyalarından istifadə etmək və ən az iki xarici dil bilmək kimi vacib komponentləri diqqətə çatdırıb. "Dil bilmək insana bir çox sahələrdə kömək edir”-deyən Ə.Abdullayev müasir dövrdə dil öyrənmənin forma və metodlarının dəyişməsindən söz açıb. O, ADU-nun Azərbaycanda ənənəvi dil sahəsində ilk müəllim hazırlayan ali təhsil müəssisəsi olduğunu ön plana çəkib və universitetin tələbələrinin bir çox xüsusiyyətlərinə görə digər ali məktəb tələbələrindən fərqləndiyini bildirib. Konfransın əsas məqsədinin qloballaşma dövrü prizmasından dil tədrisinin aktual məsələlərinin müzakirə edilməsi olduğunu söyləyən Ə.Abdullayev hər il bu konfransı təşkil edərkən xarici dilin necə tədris edilməsi və tələbələrə nəyin təlqin olunması kimi məsələlər haqqında müzakirələr aparıldığını və bunun müxtəlif formalarda ən optimal variantlarının axtarıldığını vurğulayıb.
 
Plenar iclasda ADU-nun Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli "Dilöyrətmədə anlam konsepsiyası”, universitetin müəllimi Aytən Kazımova isə "Qeyri-ixtisas fakültələrində "İşgüzar ingilis dili”nin tədrisində İKT-dən istifadə qaydaları” mövzusunda məruzə ilə çıxış ediblər.
 
Qeyd edək ki, "Xarici dillərin tədrisi və İKT”, "Xarici dillərin tədrisi və kommunikativ səriştəlilik”, "Müasir linqvistik paradiqmlər və xarici dillərin tədrisi”, "Təlim materialının mənimsənilməsi psixolinqvistik problem kimi” adlı 4 bölmədə keçirilən konfransda ümumilikdə 197 məruzə dinləniləcək. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirir. Konfransın yekununda isə bölmə rəhbərlərinin hesabatları dinləniləcək və yekun sənəd qəbul olunacaq.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

"Xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmalıdır"

"Xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmalıdır"

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da akademik heyət üçün seminar keçirilib

ADU-da akademik heyət üçün seminar keçirilib

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

7  №  li  tam  orta  məktəbdə   “ Azadlıq  və  istiqlaliyyət   hər  bir  xalqın  milli  sərvətidir!”

7 № li tam orta məktəbdə “ Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir!”

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Novruz bayramı qeyd olunub

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib