"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

 

Ali məktəblərə builki qəbul imtahanlarının birinci mərhələsində iştirak edən 10 nəfər abituriyent ən yüksək yüksək nəticə göstərib.
 
Dövlət İmtahan Mərkəzinin  (DİM)  məlumata görə, aprelin 30-da keçirilən imtahanda  II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı  məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
 
Mayın 7-də keçirilən imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent 700 bal toplayıb. Bu qrup üzrə maksimum nəticə göstərənlər  İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi,  Bakı şəhəri 220 saylı məktəb-lisey,  Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları olub.  
 
IV ixtisas qrupu üzrə isə 2 abituriyent - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunları onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab veriblər.

Maraqlıdır, qəbul imtahanlarında yüksək nəticə göstərmək repetitorların hesabına əldə edilir, yoxsa orta məktəb müəllimlərinin?!

Yəni repetitor yanına getmədən də 700 bal toplamaq olarmı?

Modern.az saytı bu il 700 bal toplayan abituriyentlərin məsələyə münasibətini öyrənib. 

220 nömrəli məktəbin şagirdi Xalidə Əliyeva deyir ki, xüsusi müəllim yanına getmədən də 700 bal toplamaq olar.
"Mən liseydə təhsil almışam. 700 bal toplamağımda müəllimlərimin də rolu var. Düşünürəm ki, repetitor yanına getmədən də yüksək nəticə əldə etmək olar”.

Zərifə Əliyeva adına liseyin şagirdi  Elmir Əhmədov repetitor yanına getmədən qəbul imtahanlarında yüksək nəticə göstərməyi mümkün hesab edir.
"Yüksək nəticə göstərmək üçün mütləq deyil ki, repetitor yanına gedəsən. Abituriyentin bilik və bacarığından da çox şey asılıdır. Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”.

İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan şagirdi Vahab Cəbrayılov 7 aydır ki, repetitor yanına getdiyini deyir.
"11-ci sinifdə oxuyarkən xüsusi müəllim yanına getməyə qərar verdim. Hətta qısa  müddət ərzində 700 bal toplamağın mümkünsüz olduğunu deyirdilər. Qəbul imtahanlarında isə əksinə oldu. Abituriyent qarşısına məqsəd qoyubsa, ona doğru da can atacaq. Ölkədə repetitor yanına getməyən az sayda abituriyentə rast gəlmək olar. O zaman gərək bütün abituriyentlər 700 bal toplasın. Düşünürəm ki, 700 bal toplamaq məsələsində fərdin bacarığı da önəmli rol oynayır”.

Səbail rayonu 162 nomrəli məktəbin şagirdi Mahirə Əsədzadə isə indiki dövrdə repetitor yanına getməyi məcburi hesab edir.
"Mən də repetitor yanına getmişəm. Məncə, indiki təhsil sistemi əlavə hazırlıq tələb edir. Ona görə də xüsusi müəllim yanına getmək lazımdır”.

Sumqayıt məktəbində  təhsil alan Eldar Əfəndiyev də qəbul imtahanında abituriyentin yüksək nəticə göstərməsinin özündən asılı olduğunu düşünür.
"4-cü qrup üzrə imtahan verib maksimum nəticə əldə etdim. Həkim olmağı qarşıma məqsəd qoymuşam. Bu məqsədə çatmağa çalışıram. Eyni zamanda, qəbul imtahanında abituriyentin yüksək nəticə göstərməsi fərdi xüsusiyyətlərdən də asılıdır. Mütləq deyil ki,700 bal toplamaq üçün repetitor yanına getmək lazımdır. Heç də belə deyil. Repetitor yanına getmədən də 700 bal toplamaq olar”.




Aztest.info





Müzakirə



Keçidlər





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Kənd məktəbində oxuyub 700 bal yığdı

Kənd məktəbində oxuyub 700 bal yığdı

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

I və IV ixtisas qrupları üzrə nəticələr AÇIQLANDI: 7 NƏFƏR 700 BAL TOPLADI, YENİLƏNİB

I və IV ixtisas qrupları üzrə nəticələr AÇIQLANDI: 7 NƏFƏR 700 BAL TOPLADI, YENİLƏNİB

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Üç abituriyent 700 bal topladı

Üç abituriyent 700 bal topladı

Bu gün keçirilən qəbul imtahanlarında qüsurlar aşkarlanıb

Bu gün keçirilən qəbul imtahanlarında qüsurlar aşkarlanıb

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

MÜTLƏQ İZLƏYİN !!!

MÜTLƏQ İZLƏYİN !!! " Bəs mənim hüqüqlarım ?!"

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı