Xəbərlər
08 may 2017
2 514


ADU-da Jurnalistika kafedrası yaradılıb

ADU-da Jurnalistika kafedrası yaradılıb

 

Aztehsil.com modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Dillər Universitetinin Elmi Şurasının müvafiq qərarına əsasən universitetdə Jurnalistika kafedrası yaradılıb.
 
Kafedranın yaradılmasında məqsəd istər Azərbaycandilli, istərsə də müxtəlif xaricidilli kütləvi informasiya vasitələri üçün mütəxəssislərin hazırlanmasını təmin etməkdir.
 
Qeyd edək ki, boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün "Xalq” qəzetində müvafiq elan da verilib.
Bundan əvvəl yalnız Bakı Dövlət və Bakı Slavyan Universitetlərində bu kafedra fəaliyyət göstərirdi.
Məqalə Göndər








Загрузка...