Xəbərlər
08 may 2017
1606

DİM-dən 7 mayda imtahan vermiş abituriyentlərə TÖVSİYƏ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

DİM-dən 7 mayda imtahan vermiş abituriyentlərə TÖVSİYƏ

 

Mayın 7-də Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.
 
Aztehsil.com-un məlumatına görə, DİM-dən modern.az-a bildirilib ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
 
Abituriyentlər Apelyasiya Komissiyasına 8 - 10 may 2017-ci il tarixlərində saat 10-dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
 
Qeyd: Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...