Xəbərlər
04 may 2017
966

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

 

Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2017-ci il aprelin 9-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar üçün bu gündən bakalavr ixtisasına uyğun qəbul proqramı seçimi başlayıb.
 
Aztehsil.com trend-ə istinadən xəbər verir ki, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. Bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 4-dən 22-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
 
Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər iyunun 4-də keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.
 
Qeyd edək ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə 50 test tapşırığı təqdim olunmaqla (müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...