Şamaxıda 2-ci sinif şagirdinin zorlanması və xəstəxanada ölməsi xəbərinə DİREKTORDAN REAKSİYA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Şamaxıda 2-ci sinif şagirdinin zorlanması və xəstəxanada ölməsi xəbərinə DİREKTORDAN REAKSİYA

 

Mətbuatda yayılan xəbərdə Şamaxı rayonunda yerləşən 5 saylı məktəbdə - Avropa liseyində ikinci sinif şagirdinin zorlanması iddia olunub. Yayılan xəbərdə qeyd olunub ki, şagird eyni məktəbdə təhsil alan oğlanlar tərəfindən zorlanıb, daha sonra xəstəxanada ölüb.
 
Aztehsil.com milli.Az-a istinadən xəbər verir ki, yayılan xəbərlə bağlı adıçəkilən liseyin keçmiş direktoru Məzahir Məmmədov açıqlama verib. Keçmiş direktor bildirib ki, bu xəbəri məktəbdə işləyən iki nəfər qadın müəlliməsi yayıb. 
 
"Bu xəbər kökündən yalnışdır. Mənim 62 yaşım var. Özüm də həmin məktəbdə uzun müddət direktor işləmişəm. Bu xəbəri yayan şəxslər keçən il məndən də şikayət məktubları yazırdılar. Neçə ay yoxlama keçirildi. Bir ay olar ki, həmin vəzifəni icra etmirəm. İndi də direktor vəzifəsini müvəqqəti icra edən Zərifə müəlliməni gözdən salmaq məqsədi ilə o adamlar bu xəbəri yayır. Özləri vəzifəyə gəlmək istəyirlər"
 
Məzahir Məmmədov, həmçinin qeyd edib ki, bu xəbərlə bağlı hüquq mühafizə orqanları və Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. 
 
"Dünən bütün şagirdləri saydılar. Şagirdərin davamiyyəti yerindədir. Saytlar yazır ki, guya uşağı və anasını öldürüblər. Şamaxıda hamı bir-birini tanıyır. Onu harada yandırıblar ki, heç kim görməyib?"




Aztest.info





Müzakirə



Keçidlər





Reklam yeri:

loading...

xtehsil