Xəbərlər
02 may 2017
3 565


İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirdi.

 
Bu il ilk dəfə olaraq ali məktəblərə qəbul imtahanları aprel ayında baş tutdu. İmtahanların aprel ayında keçirilməsinin özəl səbəbi varmı?
 
DİM mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
 
"İmtahanlar Dövlət  İmtahan Mərkəzi  tərəfindən həftə sonları həyata keçirilir. İmtahanların keçirilməsi üçün Dövlət İmtahan Mərkəzinin ayrıca binası yoxdur. Məktəblərdə, ali təhsil müəssisələrində qəbul imtahanları keçirilir. O baxımdan da yalnız həftə sonu imtahan keçirmək imkanımız var.
 
Bu il bildiyiniz kimi may ayının 12-dən 22-nə kimi ölkədə İslam Oyunları keçiriləcək. O cümlədən may ayında digər tədbirlər də var. Ona görə də ilk imtahanların aprel ayında keçirilməsi nəzərdə tutulmuşdu ki, bu vaxtla əlaqədar idi”.
Məqalə Göndər








Загрузка...