Xəbərlər
01 may 2017
3 149


Təhsil Nazirliyinin hesabat tədbiri keçirilib

Təhsil Nazirliyinin hesabat tədbiri keçirilib

 

Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, tədbirdən öncə nazirliyin 2016-cı ildə təhsil sahəsində həyata keçirdiyi tədbirlər və yeniliklərlə bağlı Təhsil Televiziyasının hazırladığı videoxronika nümayiş olunub. Daha sonra nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sahəsinin inkişaf dinamikası ilə bağlı təqdimatla çıxış edib.
 

Təhsil Nazirliyinin hesabat tədbiri keçirilib

 

Nazir Mikayıl Cabbarov bildirib ki, mövcud resurslardan daha faydalı istifadə etmək, islahatların keyfiyyəti üçün zəruri olan bütün resursları səfərbər etmək lazımdır. Onun sözlərinə görə, məktəblərin idarəetməsində təkmilləşmə yalnız kadr islahatları ilə məhdudlaşmamalıdır: "Ali təhsil sistemində və digər təhsil pillələrində son illər idarəetmənin qarşısında duran məsələlərin vacibliyi, əhatə dairəsi artıb. Artıq bir neçə ildir ki, ali təhsil müəssisələri təkcə akademik fəaliyyət deyil, həm də qarşılarında duran maliyyə-iqtisadi çətinliklərin həlli ilə məşğuldurlar. Düşünürəm ki, universitetlərimizi dünya universitetləri ilə rəqabət üçün hazırlamalıyıq. Müvafiq mühit olmayan yerdə təhsil layihəsinin uğurlu olma şansı sıfıra bərabərdir”.
 

Təhsil Nazirliyinin hesabat tədbiri keçirilib

 

Nazir qeyd edib ki, son dövrlər müəllimlərin səriştəlilik səviyyəsi ilə bağlı müxtəlif diaqnostika və tədqiqatların aparılması onları daha yaxşı tanımağa, ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verir. Onun sözlərinə görə, müəllim olmaq arzusunda olanların sayının artması, yüksək nəticə göstərmiş abituriyentlərin müəllimlik peşəsini daha çox seçməsi sevindirici haldır.
 
Tədbir daha sonra qapalı davam edib.
 

Təhsil Nazirliyinin hesabat tədbiri keçirilib

Məqalə Göndər








Загрузка...