Xəbərlər
29 aprel 2017
1325

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

 

Nazirlər Kabineti " Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnamə”də dəyişikliklər edib.
 
APA-nın məlumatına görə, qüvvədə olan əsasnamə ali təhsil müəssisələrində elmi-tədqiqat, təcrübə-texnoloji və layihə-konstruktor işlərinin (bundan sonra elmi-tədqiqat işləri) planlaşdırma, maliyyələşdirmə qaydalarını və ali təhsil müəssisələrində elmi hissələrin, elmi tədqiqat institutlarının (ETİ və mərkəzlərinin (ETM), texnoloji-konstruktor və layihə-texnoloji bürolarının (TKB və LTB), dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat laboratoriyalarının (ETL) və sahə elmi-tədqiqat laboratoriyalarının (sahə laboratoriyaları), hesablama mərkəzlərinin, rəsədxanaların, təcrübə stansiyalarının, muzeylərin, elmi kitabxanaların və s. elm-istehsalat fəaliyyətinin təşkilini müəyyən edib.
 
Dəyişikliyə əsasən bundan sonra Əsasnamə ali təhsil müəssisələrində texnoloji-konstruktor və layihə-texnoloji bürolarının (TKB və LTB) deyil, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrin fəaliyyətinin təşkilini müəyyən edəcək.
 
Əsasnaməyə əsasən indiyə qədər ali məktəblərdə elmi-tədqiqatların maliyyələşdirilməsi və elm-istehsalat fəaliyyəti ali təhsil müəssisəsinin tabe olduğu nazirlik (idarə) tərəfindən fundamental və axtarış elmi-tədqiqatların aparılmasına dövlət büdcəsindən ayrılan vəsait, təsərrüfat müqavilələri əsasında aparılan elmi-tədqiqat və təcrübə-konstruktor işlərindən alınan vəsait və ali təhsil müəssisəsinin elmi-texniki və sosial inkişaf fondlarından ayrılan vəsait hesabına aparılıb. Dəyişikliyə əsasən elm-tədqiqat fəaliyyəti həm də qrantlar hesabına həyta keçiriləcək. Başqa sözlə, ali təhsil müəssisəsinin elm-tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçiriləcək.
 
Qüvvədə olan əsasnaməyə əsasən dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işlərinə təbiət, humanitar, ictimai və texniki elmlərin fundamental problemləri, Azərbaycan Respublikası elmi-texniki tərəqqisinin kompleks proqramı, yeni texnika və texnologiya yaradılması üçün sahələrarası elmi və elmi-texniki dövlət əhəmiyyətli proqramlar, ali təhsil müəssisələrində elmi şuranın qərarı ilə təşəbbüslü fundamental və axtarış elmi-tədqiqatları daxil olub. Ali təhsil müəssisələrində yerinə yetirilən fundamental tədqiqatlar dövlət elmi-texniki proqram tapşırıqlarının yerinə yetirilməsi üçün müəyyən edilmiş qaydada dövlət büdcəsindən ayrılan vəsaitlər, tabeliyində olan ali təhsil müəssisələri arasında müsabiqə əsasında proqramların, layihələrin, mövzuların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər,  axtarış və yeni elmi istiqamətlərə ayrılan tədqiqatların maliyyələşdirilməsi üçün ali təhsil müəssisələrinin elmi-texniki və sosial-inkişaf fondundan ayrılan vəsaitlər, sifarişçilərlə müqavilələr əsasında alınan vəsaitlər, professor-müəllim heyətinin fərdi iş planları üzrə əsas iş vaxtı müddətində aparılan elmi-tədqiqatlar üçün ali təhsil müəssisəsinə ayrılan vəsaitlər hesabına maliyyələşib.
 
Bu elmi-tədqiqatlardan alınan nəticələr elmi hesabat və ya monoqrafiya şəklində hazırlanır və attestasiya, müsabiqə yolu ilə vəzifələrin tutulmasında, professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınıb. Dəyişikliyə əsasən isə artıq elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi "Elm haqqında” qanuna uyğun olaraq dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, dövlət fondlarının vəsaitləri ilə bərabər həm də  kreditlər, qrantlar, ianələr və digər qanuni mənbələr hesabına həyata keçiriləcək. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçilməsində və təyin olunmasında nəzərə alınacaq.
 
İndiyə qədər Nazirlər Kabinetinin qərarı ilə yaradılmış elmi tədqiqat institutları (ETİ) və  elmi-tədqiqat laboratoriyaları (ETL) dövlət büdcəsindən maliyyələşdirilib. Onların mövzuları müəyyən olunmuş qaydada Dövlət Elm və Texnika Komitəsi (DETK) tərəfindən təsdiq edilib. Dəyişikliklərlə əlaqədar bu müddəa ləğv edilib.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...