Xəbərlər
28 aprel 2017
4724

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Müəllimlərin bilik səviyyəsinin yoxlanılması istiqamətində aparılan Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi 2014-cü ildən həyata keçirilir. İlk növbədə paytaxt Bakıda başlayan bu imtahanlar demək olar ki, bütün ölkə ərazisində həyata keçrilib. Bu müddət ərzində keçirilən diaqnostik qiymətləndirmə nəticəsində bir çox müəllimlərin saxta sənədlə işləməsi faktları da aşkarlanıb. Eyni zamanda, bilik səviyyəsi müvafiq olmayan müəllimlər haqqında tədbirlər görülür.


Kanal15.tv-yə sual ünvanlayan oxucu müəyyən səbəblərdən diaqnostik qiymətləndirmə imtahanında iştirak edə bilmədiyini bildirir. Oxucu bilmək istəyir ki, onun yenidən diaqnostik imtahanda iştirak etmək səlahiyyəti varmı?

Bu barədə Kanal15.tv-yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, hansısa səbəbdən imtahanlarda iştirak edə bilməyənlər, il ərzində digər ərazilərdə keçirilən analoji imtahanda iştirak edə bilərlər: "Çünki, təkcə, bu səbəbə görə deyil, eyniylə ali təhsil sənədlərində problem olan minlərlə müəllim də diaqnostik imtahanda iştirak etməyib. Mərhələlərlə onların hər biri imtahanlara cəlb olunacaqlar. Yalnız təhsil sənədləri problem olanlar bu prosesdən kənarda qalacaqlar”.

Səid Qərib






Whatsapp'ta Paylaş

loading...

Загрузка...