Xəbərlər
28 aprel 2017
8443

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

 "Psixoloqlar orta məktəblərdə tədirs olunan o fənnin peşəkar pedaqoqu deyillər”

"Onlar öz ixtisaslarını, peşələrini dərindən öyrənsələr, bilsələr daha çox gəlir əldə edə bilərlər”

2014-cü ildən müəllimlərin bilik səviyyəsinin yoxlanılması üçün həyata keçirilən Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi imtahanlarından sonra peşəkar olmayan müəllimlərin fəaliyyətində nöqsanlar aşkarlanıb. Eyni zamanda, pedoqoji fəaliyyətə sahib olmayan ixtisaslaşdırılmamış ali təhsilli şəxslərin müəllim kimi fəaliyyət göstərmələrinin qarşısının alınacağı deyilir. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, bundan sonra psixoloq ixtiasısına yiyələnənlər dərs deyə bilməyəcək. Bu, onun işdən azad edilməsi demək deyil, ancaq psixoloq kimi fəaliyyət göstərəcəyi deməkdir.


Bu barədə Kanal15.tv-yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, psixoloqların orta məktəblərdə 12 saata qədər dərs deməsi qanunauyğun olsa da, bu məsələ istiqamətində islahatlar aparılır: "Orta məktəblərdə müəllim çatışmazlığına görə laborantların, psixoloqların 12 saata qədər dərs deməsinə qanunvericilik imkan verir. Lakin son illərdə aparılan islahatlar müəllim kadrına olan ehtiyacın tamamilə ödənməsinə imkan verdiyinə və təhsilin inkişafı üzrə dövlət strategiyasına uyğun olaraq orta məktəblərdə bütün fənnlərin ixtisaslı müəllimlər tərəfindən tədris olunması məqsədə uyğun hesab edildi. Əlbəttə ki, bu, minlərlə insanın dərs deməkdən, tədrisdən kənarlaşması ilə nəticələndi”.


Ekspert hesab edir ki, psixoloqlar peşəkar müəllim-pedoqoq olmadıqlarına görə, bundan sonra orta məktəblərdə müəllim kimi işləyə bilməyəcəklər: "Lakin unutmaq olmaz ki, orta məktəb və müəllimlik qazanc yeri olmaqla yanaşı, eyni zamanda, gənc nəslin peşəkar inkişafında bilavasitə mühüm rola malikdir. Psixoloqlar isə o fənnin peşəkar pedaqoqu deyillər. Məhz son illər ərzində qeyri-ixtisas müəllimlərin tədris apardığına görə, buraxılış və qəbul imtahanlarında xoşagəlməz nəticələr ortaya çıxır. Düzdür, onlar dərs saatlarını itirdiklərinə görə əmək haqlarından azalmalar var, amma unutmasınlar ki, onlar öz ixtisaslarını, peşələrini dərindən öyrənsələr, bilsələr daha çox gəlir əldə edə bilərlər. Son dövrlərdə əmək bazarında ən çox ehtiyac olan ixtisaslardan biri psixoloqdur. Onar bu sahə ilə peşəkar səviyyədə məşğul olub daha çox əmək haqqı ala bilərlər”.


Səid Qərib







Whatsapp'ta Paylaş

Загрузка...
loading...