Xəbərlər
27 aprel 2017
739

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

 

Azərbaycanda 1992-2016-cı illərdə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ildə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ildə qeydə alınıb.
 
"Abituriyent” jurnalının 12 sayında qeyd olunub ki, plan yerləri və abituriyentlərin ərizələrinin dinamikasının müqayisəli təhlilə əsasən, 1992-2016-cı illərdə ali məktəblərə qəbul planı 2,47 dəfə, abituriyent ərizələrinin sayı isə 2,22 dəfə artıb.
 
Ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2016-cı ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən çox 2008-ci ildə, ən az isə 1992-ci ildə olub. Ötən illərdə ən aşağı müsabiqə vəziyyəti 2002-ci ildə baş verib. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də  mənfi təsir göstərib, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşüb.
 
apa.az






Whatsapp'ta Paylaş

Загрузка...
loading...