Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

 

21-23 aprel 2017-ci il tarixlərində Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.
 
Fənn olimpiadalarının final mərhələsində Göygöl rayonundan kimya, coğrafiya, azərbaycan dili və tarix  fənnləri üzrə  7 şagird iştirak edib.
 
Olimpiadanın nəticələrinə əsasən, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Ülvi Əmirov kimya fənnindən III yerə və Göyçəkənd kənd tam orta məktəbin şagirdi Gülşən Quliyeva tarix fənnindən II yerə layiq görülüb.
 
Məlumat üçün bildirək ki, Ülvi Əmirov həmçinin, "İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində respublika birinciliyinə layiq görülüb.
 
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasiminin mayın sonunda keçirilməsi nəzərdə tutulur.
 
Raminə Məmmədova(Göygöl Rayon Təhsil Şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)




Aztest.info





Müzakirə



Keçidlər





Reklam yeri:

loading...

xtehsil