Xəbərlər
26 aprel 2017
9 695


"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

 

Azərbaycanda müəllimlərin imtahanı - diaqnostik qiymətləndirilmə prosesi davam edir. Müşahidələr göstərir ki, bəzi məktəblərdə çalışan müəllimlər diaqnostik qiymətləndirilmə prosesindən kənarda saxlanılır. Onların sayı ilə bağlı dəqiq rəqəm olmasa da, sayları az deyil. Aralarında diplomu olmayanlar, pedaqoji təhsil almayanlar, hansısa arayışla dərs deyənlər var. 
 
Bəs belə "müəllimlər” məktəblərə necə yol tapıblar?
 
Aztehsil.com xəbər verir ki, Təhsil Nazirliyindən diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərlə bağlı bildiriblər ki, təhsil sənədi qaydasında olmayanlar kənarda qalırlar:
 
"2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri tərəfimizdən yoxlanılıb . Və bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Həmçinin, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir. Bu kimi hallar aşkarlandıqda həmin müəllimlər diaqnostik qiymətləndirməyə buraxılmır”.
 
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlama verib.
 
Deputat bildirib ki, müəllimlərin təhsil sənədinin dövlət nümunəli olması barədə çox ciddi araşdırılma aparılmalıdır.
 
"Bəzi müəllimlərin sənədləri standarta uyğun deyil. Yoxlamalar nəticəsində onlara bir daha baxılır və sənədləri uyğun olmayan müəllimlər işlərindən uzaqlaşdırılır. Həmçinin bəzi müəllimlərin bilik səviyyəsi də o qədər də yüksək deyil. Diaqnostik qiymətləndirmə də müəllimlərin bilik səviyyəsini artırılmasına  və sənədlərinin düzgün olmasına  xidmət edir”.
 
Asim Mollazadə əvvəllər  müəllimlərin təhsil sənədinin dövlət nümunəli olması barədə Təhsil Nazirliyinin araşdırma aparmadığını deyib.
 "İndi isə diaqnostik qiymətləndirilməyə buraxılan müəllimlərin sənədlərinə baxılır. Araşdırmalar nəticəsində görünür ki, bəzi müəllimlərin diplomları hüquq normalarına uyğun deyil. Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”.
Məqalə Göndər








Загрузка...