Xəbərlər
25 aprel 2017
3 017


Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

 

Bakı Slavyan Universitetində  təhsil haqqını ödəyə bilməyən tələbə üçün bütün heyət səfərbər olub.
 
Ailəsinin maddi imkanı çox aşağı olan tələbənin təhsil haqqını ödəmək üçün universitetin könüllülər heyəti kampaniya təşkil ediblər. Tələbələr evdə bişirdikləri şirniyyat və müxtəlif ləvazimatların xeyriyyə məqsədilə satışını həyata keçiriblər və yığılan pullarla tələbənin təhsil haqqını ödəyiblər.
 
Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova açıqlamasında qeyd edib ki, tələbə təhsilində uğurlu olduğu üçün universitet onun təhsilini yarımçıq qoymasına razı olmayıb. "Universitet heyəti və Könüllülər Cəmiyyəti ilə birlikdə belə bir xeyriyyə kampaniyası təşkil etdik. Tələbənin adı gizli saxlanılır. Xeyriyyə kampaniyasında iştirak edənlərin heç biri onun adını bilmir. Atası xəstəxanadadır, anası isə ikinci qrup əlildir. Ailənin maddi vəziyyəti  çox ağır olduğundan təhsil haqqını ödəyə bilmirdi. Təşkil etdiyimiz xeyriyyə kampaniyasında tələbələr bir nəfər kimi iştirak etdilər. Kimin gücü nəyə çatırdı açıq satış üçün gətirmişdi. Verilən pullarla isə tələbənin təhsil haqqı ödənildi və qəbz maliyyə şöbəsinə təqdim edildi”.
Məqalə Göndər








Загрузка...