Xəbərlər
25 aprel 2017
1483

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər

 

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının auditoriyasında universitetin dosenti Fəxrəddin Yusifov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ustad dərsi keçirib. İnteraktiv mühazirə formasında keçən dərsdə filialın direktoru, professor Əli Allahverdiyev, tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov, müəllimlər, tələbələr iştirak ediblər. Dərs əsasən ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına böyük diqqət və qayğı ilə yanaşmasına, təhsilimizə dövlət qayğısına, habelə, müəllimlərin pedaqoji qabilliyyətlərinə, müasir dövrün müəlliminin necə olmasına həsr olunub.
 

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər

 

Dərs fəal-interaktiv təlim metodlarına əsasən reallaşdırlıb, dərsdə mövzu ilə əlaqədar hazırlanmış slaydlardan, videoçarxlardan, iş vərəqlərindən istifadə olunub. Dərs prosesində dosent F.Yusifov müasir təhsil sisteminin tələblərinə cavab verə biləcək iş üsullarından istifadə edib, xüsusi müzakirə sualları, qrup işi ilə dərsin daha maraqlı alınmasına nail olub. Dərsin sonunda müxtəlif dəyərli nəticələr əldə edilib.
 

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər





Whatsapp'ta Paylaş



Загрузка...
loading...