Xəbərlər
21 aprel 2017
3 446


Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

 

Azərbaycan Texnologiya Universiteti tələbənin bıçaqlanması ilə bağlı məsələyə aydınlıq gətirib. 
 
Aztehsil.com xəbər verir ki, ali təhsil müəssisənin mətbuat katibi Rasim Əliyev "Report"a bildirib ki, hadisə universitetin ərazisindən kənarda dərs vaxtı bitdikdən sonra baş verib. 
 
O, həmin şəxsin ali məktəbin tələbəsi olduğunu təsdiqləyərək, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını qeyd edib. 
 
 
"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Texnologiya Universitetinin tələbəsi - Astara rayon sakini, 1997-ci il təvəllüdlü Valeh Əli oğlu Şirəlizadə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
 
Universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.
 
Tələbənin hanısı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.






Загрузка...