Xəbərlər
20 aprel 2017
13 118


Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

 

2009-cu ildən Bakı şəhərində, 2011-ci ildən isə Azərbaycanın bütün regionlarında orta məktəblərə müəllimlərin işə qəbulu vahid mərkəzləşdirilmiş qaydada test imtahanı nəticəsində həyata keçirilir.
 
Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada imtahan vasitəsilə həyata keçirildiyindən əvvəlki illərdə imtahansız işə götürülən müəllimlərin işdən çıxarılacağı deyilir. Məlumata görə, imtahansız işə götürülən müəllimlərin iş yeri vakant yer kimi göstəriləcək. Nəzərə alsaq ki, müəllimlərin işə qəbul prosesi artıq imtahan yolu ilə həyata keçirilir, o zaman sual meydana çıxır ki, bəs, bu prosesdən əvvəlki illərdə işə götürülən müəllimlərin taleyini nə gözləyir?
 
Məsələ ilə əlaqədar "Kanal15.tv”yə açıqlama verən ekspert Kamran Əsədov bildirir ki, bundan sonra müəllimlər yalnız imtahan yolu işə götürüləcək: "Bu illərdən sonra daxili və yerli orqanların əmri ilə işə qəbul olunmuş şəxslər bu ildən etibarən işindən azad ediləcək və onun yeri vakant yer kimi müsabiqəyə təqdim olunacaq. Vakansiya elan olunmuş və müsabiqə şərtlərini ilk ödəyən şəxs qəbul edilib göndəriləcək. Əgər qalib gələn şəxs hansısa səbəbdən o yerə getməsə, imtina etsə, həmən yer yenidən müsabiqəyə təqdim olunacaq və yüksək nəticə göstərən o yerə qəbul ediləcək”.
 
"Saxta diplomlar aşkar ediləcək”
 
Müəllimlərin işə qəbul prosesi zamanı saxta diplomlu müəllimlərin də aşkar edilməsi gözlənilir.  Son illər ərzində işə qəbul olmaq istəyənlər arasında saxta sənədlərdən istifadə etmə halları əvvəlki illərdən dəfələrlə azalıb. Ekspert hesab edir ki, orta məktəblərə işə qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məhz bu kimi problemlərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir: "Belə ki, əvvəllər saxta sənədlərdən istifadə edərək işə qəbul olunmuş şəxsləri məktəb direktorları və rayon təhsil şöbəsinin müdirləri qəbul ediblər. Bu zaman onlar vəzifə səlahiyyətlərindən sui istifadə edərək qanun pozuntusu törədiblər. Müəllimlərin diaqnostik imtahanı zamanı ortaya çıxan rəqəmlər bu sahədə ciddi problemlərin olduğunu ortaya çıxardı. Məlum oldu ki, uzun müddət ərzində fəaliyyət göstərən yüzlərlə müəllimin əslində təhsil sənədində problem var. Ona görə də, mərkəzləşdirilmiş qaydada həyata keçirilən imtahanlar bu kimi məsələlərin yaranmasına şərait yaratmır”.
 
a24.az
Məqalə Göndər








Загрузка...