Xəbərlər
19 aprel 2017
1606

Təhsil Texnologiyaları Mərkəzində elekton sınaq imtahanları keçiriləcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Təhsil Texnologiyaları Mərkəzində elekton sınaq imtahanları keçiriləcək

 

Aztehsil.com Təhsil Nazirliyinin rəsmi saytına istinadla məlumat verir ki, Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi müəllim və direktor olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanları keçirəcək.
 
Direktor vəzifəsində çalışmaq istəyən şəxslər aprelin 22-də, müəllimlər olmağa hazırlaşanlar isə aprelin 23-də elektron sınaq imtahanlarında iştirak edə bilərlər. Sınaq imtahanları Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində kompüter vasitəsilə keçiriləcək. 
 
Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub.
 
Elektron sınaq imtahanında iştirak üçün Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək olar.





Whatsapp'ta Paylaş

loading...