Xəbərlər
19 aprel 2017
4 748


Direktor və müəllimlər üçün sınaq imtahanları regionlarda da təşkil olunacaq

Direktor və müəllimlər üçün sınaq imtahanları regionlarda da təşkil olunacaq

 

Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi müəllim və direktor olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanları keçirəcək. 
 
Təhsil Nazirliyindən verilən xəbərə görə, direktor vəzifəsində çalışmaq istəyən şəxslər aprelin 22-də, müəllimlər olmağa hazırlaşanlar isə aprelin 23-də elektron sınaq imtahanlarında iştirak edə bilərlər. Sınaq imtahanları Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində kompüter vasitəsilə keçiriləcək. 
 
Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub.
 
Elektron sınaq imtahanında iştirak üçün Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək olar.
 
apa.az






Загрузка...