Xəbərlər
15 aprel 2017
3 112


“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

 

Aprelin 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi, Azərbaycan Respublikası "Təhsil” Cəmiyyətinin təşkilatçılığı ilə "Məcburi köçkün məktəblərində elm və təhsilə marağın təşviq edilməsi” layihəsinin icrasına başlanmışdır.
 
"Təhsil” Cəmiyyətindən verilən məlumata görə, layihə 4 ay ərzində Ermənistan tərəfindən əraziləri işğal olunmuş rayonların (Ağdam, Laçın, Kəlbəcər) orta ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdlərini əhatə edəcəkdir. Layihə çərçivəsində təhsil ekspertlərinin iştirakı ilə məcburi köçkün məktəblərində şagirdlərlə görüşlər keçiriləcək, onlara müasir dünyanın elmi nailiyyətlərindən, elmin və təhsilin cəmiyyətin inkişafında oynadığı əvəzolunmaz rolundan bəhs ediləcək, şagirdlərin fasiləsiz təhsilə marağının artırılması istiqamətində praktiki işlər həyata keçiriləcəkdir.
 
Layihə ilkin mərhələdə əvvəlcədən müəyyən edilən 4 məcburi köçkün məktəbində reallaşdırılacaqdır.
 
moderator.az
Məqalə Göndər








Загрузка...