Xəbərlər
14 aprel 2017
1275

Bakı Təhsil İdarəsi: Müəllimlərin işə qəbulu zamanı qeyri-qanuni hallara rast gəlinməyib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Bakı Təhsil İdarəsi: Müəllimlərin işə qəbulu zamanı qeyri-qanuni hallara rast gəlinməyib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtda müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı onların işə qəbul üzrə müsabiqədən kənar, qeyri-qanuni yolla qəbul edilməsi hallarına rast gəlinib-gəlinməməsinə münasibət bildirib.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, paytaxt məktəblərinin kadr təminatı məsələsi bütövlükdə Təhsil İdarəsi tərəfindən elektron qaydada tənzimlənir.
 
Onun sözlərinə görə, hətta müvəqqəti yaranan vakansiya barədə idarə dərhal məlumatlandırılır: "Çünki əmək haqları alınanda, bu faktlar mütləq üzə çıxacaq. Bu gün istər əmək haqqı, istərsə də kadrlar məsələsi elektron qaydada həyata keçirildiyindən belə faktları gizlətmək və ya məlumatı saxtalaşdırmaq mümkün deyil. Hələlik belə bir faktlarla qarşılaşmamışıq”.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...