Xəbərlər
13 aprel 2017
2 814


Azərbaycan təhsili hər il 16 milyon dolları rusa, gürcüyə necə yedirdir?

Azərbaycan təhsili hər il 16 milyon dolları rusa, gürcüyə necə yedirdir?

 

16000000 dolları ölkədə necədə saxlamaq olar

"Qarşıdan qəbul imtahanları yaxınlaşır. Minlərlə gənc keçid balını toplamadığı halda xarici universitetlərə (Rusiya, Ukrayna, Kipr, Belarusiya, Qazaxıstan) attestatla qəbul olacaq, böyük miqdarda pul ölkədən çıxacaq. Bəlkə, imtahan həyəcanını azaldıb, rəqabəti asanlaşdırmaqla həmin uşaqların ölkədə qalmasını təmin edək?".

 
Aztehsil.com xəbər verir ki, bunu "Hədəf" MMC-nin rəhbəri Şəmil Sadıq deyib.
O deyib ki, onsuz da, onlar gedəcək və diplomla gələcək. Savadları nə olur-olsun. Amma bir şərtlə Universitetlərdə biliyin qiymətləndirilməsi düzgün aparılsın, maddi və mənəvi rüşvət yığışılsın. Qəbul olmağı asanlaşdırmaq, oxumağı dürüstləşdirməklə milyonlarla vəsaiti ölkədə saxlamaq olar. 
 

Azərbaycan təhsili hər il 16 milyon dolları rusa, gürcüyə necə yedirdir?

 

"Düşünün ki, 1000 şagirdə bu şansı verdik. Qazancımız nə ola bilər?
 1. bir şagird ən az illik 1000 dollar ödəniş ödəyəcək, aylıq 300 dollar yaşayış xərci çıxsa, ilə 10 aydan 3000 dollar, deməli, bir ilə 4000 dollar, 4 ilə 16000 dollar. 1000 şagird 4 il ərzində 16000000 dollar vəsaiti ölkədən çıxaracaq. Bu ölkə büdcəsinə qala bilər.
 
2. Düşünsək ki, bu yolla gedən şagirdlərin əksəriyyəti savadsız uşaqlardı və dörd il ərzində psixologiyaları, dünyagörüşləri mənfi yolda dəyişir, ata və analarına mənəvi zərbələr vururlar müxtəlif yollarla, ən azından bunun qarşısını alarıq, oxuya bilməsələr belə, ailələrinə kömək edərlər.
 
Qətiyyən xaricdə təhsilin əlyehinə kimi başa düşülməsin. Mən öz biliyi ilə universitet qazananları alqışlayıram.
Qətiyyən savadsızlara diplom verilməsi kimi başa düşülməsin, universitetlərdə rüşvətlə qiymət yazılmasa, oxumaqla bitirsələr, əgər".
 
faktor.az
Məqalə Göndər








Загрузка...