ADPU-da professor-müəllim heyətinin seçimi başladı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

 

Aprelin 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov fakültə dekanları ilə görüşüb. Görüşdə ADPU-nun İnsan resursları şöbəsinin müdiri, hüquq elmləri namizədi Avtandil Bayramov, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev iştirak ediblər. Görüşdə ADPU-da kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçiriləcək müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsinin nəticələri müzakirə edilib. 
 
ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq bildirib ki, bu müsabiqənin keçirilməsi Azərbaycanın ali təhsil sistemində mütərəqqi bir yenilik, pedaqoji kadrların seçilməsinə fərqli yanaşmadır. Müsabiqənin keçirilməsi barədə "Xalq qəzeti”nin, "Azərbaycan müəllimi”qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elan dərc edilib, həmçinin universitetin portalında və sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Alternativ əsaslarla keçiriləcək müsabiqənin məqsədi ADPU-da şəffaf və obyektiv təhsil mühitinin yaradılması, dərin elmi biliyə, geniş dünyagörüşünə, zəngin erudisiyaya, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqəyə vəzifələr yox, fənlər çıxarılıb. Müsabiqəyə 114 vakant yer çıxarılıb. Müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsi aprelin 5-də başa çatıb. Sənəd qəbulu dövründə 114 vakant yerə 500 sənəd qəbul edilib. Müsabiqəyə ADPU-dan 350 nəfər, kənardan isə 150 nəfər sənəd verib. Sənəd verənlərin 230 nəfərinin elmi dərəcəsi var. 
 

 

Səmərəli və işgüzar şəraitdə keçən görüşdə çıxış edən İnsan resursları şöbəsinin müdiri, hüquq elmləri namizədi Avtandil Bayramov fakültələr üzrə sənəd qəbulu barədə konkret rəqəmlər əsasında məlumat verib. Bildirib ki, İnsan resursları şöbəsi tərəfindən Filologiya fakültəsində 8 kafedra, 16 fənn, 21 yer üzrə 100 nəfərin sənədi qəbul edilib, onlardan 35-nin elmi dərəcəsi var. Riyaziyyat və informatika fakültəsində 4 kafedra, 8 fənn, 10 yer üzrə 44 nəfərin sənədi qəbul edilib, onlardan 23-nün elmi dərəcəsi var.
 
Fizika və texnologiya fakültəsində 3 kafedra, 8 fənn, 9 yer üzrə 49 nəfərin sənədi qəbul edilib, onlardan 17-nin elmi dərəcəsi var. Kimya və biologiya fakültəsində 8 kafedra, 16 fənn, 20 yer üzrə 72 nəfərin sənədi qəbul edilib, onlardan 38-nin elmi dərəcəsi var. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsində 3 kafedra, 12 fənn, 16 yer üzrə 77 nəfərin sənədi qəbul edilib, onlardan 22-nin elmi dərəcəsi var. Tarix və coğrafiya fakültəsində 7 kafedra, 11 fənn, 18 yer üzrə 83 nəfərin sənədi qəbul edilib, onlardan 45-nin elmi dərəcəsi var.
 
İbtidai təhsil fakültəsində 2 kafedra, 5 fənn, 5 yer üzrə 24 nəfərin sənədi qəbul edilib, onlardan 10-nun elmi dərəcəsi var. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedra, 11 fənn, 5 yer üzrə 51 nəfərin sənədi qəbul edilib, onlardan 13-nün elmi dərəcəsi var. "Psixologiyanın əsasları” və "Psixologiya” fənni üzrə 2 yerə 3 nəfərin sənədi qəbul edilib. A.Bayramov çıxışının sonunda sənəd verən şəxslərin müsabiqənin düzgün və qanun çərçivəsində keçiriləcəyinə inandıqlarını vurğulayıb.
 

 

Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev çıxış edərək müsabiqənin keçirilmə qaydaları, şərtləri, fakültə dekanları və kafedra müdirləri, tədris-metodika şuralarının qarşısında dayanan vəzifələr barədə danışıb, müsabiqənin ədalətli və qanunauyğun keçirilməsi üçün fikir və təkliflərini irəli sürüb.
 
Görüşə yekun vuran rektor Cəfər Cəfərov fakültə dekanlarına müsabiqənin şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verərək qeyd edib ki, müsabiqənin şəffaf və obyektiv keçirilməsi universitetimizin nüfüzunun yüksəldilməsi işinin tərkib hissəsidir.



Aztest.info







Reklam yeri:

loading...

xtehsil