Xəbərlər
13 aprel 2017
2 659


“Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

“Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

 Ağstafa Rayon Təhsil Şöbəsinin, Ağstafa Rayon  Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) birgə təşkil etdiyi "Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə Respublika çempionatının zona yarışlarına hazırlıq məqsədilə 2 saylı tam orta məktəbdə rayon mərhələsi keçirilib. 

 

“Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

 

Rayonun 34 ümumtəhsil məktəbindən 150 şagird yarışda iştirak edib.
 
Yarışın keçirilməsində məqsəd çağırışçı gənclərin Azərbaycan Respublikası Milli Ordusuna xidmət etmək üçün ümumi və xüsusi fiziki hazırlıq səviyyəsini müəyyən etmək və ordu sıralarında yaxşı xidmət etmək üçün mənəvi və fiziki cəhətdən hazırlığını artırmaq, gənclərdə hərbi vətənpərvərlik hisslərini yüksəltməkdən ibarətdir.
 

“Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

 

Yarışılar 4 növçülük: 100 m məsafəyə qaçış və 2000 m məsafəyə qaçış, qumbara atma, turnikdə dartınma üzrə keçirilib.
 
I yerə Eynallı kənd tam orta məktəbin komandası layiq görülüb və zona mərhələsinə vəsiqə qazanıb. Qalib komanda diplom və hədiyyələrlə təltif edilib. 
 
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...