Xəbərlər
12 aprel 2017
2 730


GDU-nun müəllimləri Varşavada

GDU-nun müəllimləri Varşavada

 

 2017-ci il aprelin 4-dən 6-dək Varşava Universitetində Erasmus+ proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi "Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” ("AESOP: Advocacy Establishment for Students through Ombudsman Position”) layihəsinin regional tərəfdaşları üçün təlimi keçirildi. Təlimin əsas məqsədi Varşava Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanış olmaq və onların həyata keçirdiyi təcrübələri öyrənməkdən ibarət idi.
 
Görüşdə Gəncə Dövlət Universitetinin əməkdaşları, Tədris-elektron şöbənin müdiri Elturan Yusifov, İKT şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və Xarici dillər fakültəsinin Praktik xarici dillər kafedrasının baş müəllimi Samirə Nəbiyeva iştirak etdilər. Samirə Nəbiyeva Universitet haqqında təqdimatla çıxış etdi və son illərdə rəhbərlik tərəfindən Universitetdə aparılan köklü yeniliklərdən, uğurlu beynəlxalq əməkdaşlıqlardan və əsasən tələbə həyatından söz açdı.
 
Qeyd edək ki, Universitetimizin Akaki Tresteli Dövlət Universiteti ilə birgə əməkdaşlıq müqaviləsi də mövcuddur.
Məqalə Göndər








Загрузка...