Xəbərlər
11 aprel 2017
2 348


Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib

Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib

 

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.
 
DİM-dən verilən xəbərə görə, hər bir namizəd mərkəzin internet saytına daxil olaraq imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
 
Nəticələrə əsasən imtahanda iştirakı nəzərdə tutulan 1077 namizəddən 11 nəfəri imtahana gəlməyib. 1 namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. 664 namizəd birinci mərhələnin müsabiqə şərtini  (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 83 bal olub.
 
Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 5-də keçiriləcək.
 
apa.az
Məqalə Göndər








Загрузка...