Xəbərlər
11 aprel 2017
3 950


“Azərbaycan dili”ndən iki alan abituriyentlərə – XƏBƏRDARLIQ

“Azərbaycan dili”ndən iki alan abituriyentlərə – XƏBƏRDARLIQ

 

Dövlət İmtahan Mərkəzi (DİM) "Azərbaycan dili” imtahanından "qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.
 
DİM-dən verilən xəbərə görə, aprelin 9-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş "Azərbaycan dili” imtahanında "qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul imtahanında iştirak edə bilərlər. 
 
Lakin iyunun 11-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında "qeyri-məqbul” qiymət alacaqları təqdirdə, onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.
Məqalə Göndər








Загрузка...