Xəbərlər
11 aprel 2017
7 379


Abituriyentlərin nəzərinə! - İmtahanın vaxtı bilindi

Abituriyentlərin nəzərinə! - İmtahanın vaxtı bilindi

 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyən olunub.
 
Aztehsil.com moderator.az-a istinadən xəbər verir ki, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcəkdir.
 
Bu imtahanlarda "Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından "Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.  Burada imtahanının keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar öz əksini tapacaqdır.
Məqalə Göndər








Загрузка...