Xəbərlər
11 aprel 2017
2 427


ADNSU-da İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə görüş keçirildi

ADNSU-da İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə görüş keçirildi

 

Aprelin 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov кönüllü tələbələrlə görüşüb.
 
ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev görüşdə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, oyunlara yüksək səviyyəli hazırlıq prosesini və tələbələrin könüllü olaraq bu oyunlara qoşulmasını qürurverici hal adlandırıb. Azərbaycanı dünyada və islam ölkələri arasında tanıtmaq və malik olduğumuz potensialı bir daha göstərmək üçün İslam Həmrəyliyi Oyunlarının xüsusi əhəmiyyəti olduğunu qeyd edib.
 
Sonra İslam Həmrəyliyi Oyunların Əməliyyat Komitəsinin korporativ direktoru E.Səfərov oyunlar barədə könüllü tələbələrə ətraflı məlumat verib. E.Səfərov qeyd edib ki, "Bakı 2017” nəinki ölkəmizin təbliğində və tanıdılmasında xüsusi yer tutur, həm də iqtisadi və siyasi cəhətdən də olduqca əhəmiyyətli hadisədir. Oyunların son hazırlıq işlərindən, könüllülər üçün təşkil olunan təlimlərdən, danışan E.Səfərov oyunların təşkili və eləcə də, yarışlarda iştirak edəcək ölkələr haqqında ətraflı məlumat verib. Tədbirin soununda E.Səfərov tələbələri maraqlandıran sualları cavablandırıb.
Məqalə Göndər








Загрузка...