Xəbərlər
09 aprel 2017
1104

Magistraturaya, rezidenturaya qəbul imtahanlarının I mərhələsi və Azərbaycan dili imtahanları keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Magistraturaya, rezidenturaya qəbul imtahanlarının I mərhələsi və Azərbaycan dili imtahanları keçirilib

 

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına, rezidenturaya qəbul imtahanının birinci mərhələsini və Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanlarını keçirib.
 
Aztehsil.com xəbər verir ki, DİM-in mətbuat xidmətindən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın beş şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılıb.
 
Rezidenturaya qəbul imtahanı Bakı şəhərində iki binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də Naxçıvan şəhərində bir binada – Naxçıvan Dövlət Universitetinin hüquq korpusunda keçirilib.
 
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ümumilikdə 17 imtahan mərkəzində aparılıb.
 
İmtahanlar bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanıb
 
apa.az





Whatsapp'ta Paylaş

loading...