Xəbərlər
01 aprel 2017
4 248


Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

 

Nadir İsrafilov: "Məncə ayrı-ayrı təhsil müəsisələrinin planını doldurmaq üçün abituriyentlərə verilən ikinci şans yanlışdır”.
 
Xəbər verdiyimiz kimi bu ildən başlayaraq abutryentlər iki dəfə imtahan vermək şansı əldə edib. Yəni ali məktəblərə qəbul imtahanlarda dəyişiklik edilib və ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir.Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər.
 
Ola bilərmi ki, Dövlət İmtahan Mərkəzi sırf qazanc əldə etmək məqsədi ilə bu yola baş vursun və ümumiyyətlə dünya təcrübəsində iki dəfə imtahan vermə təcrübəsi varmı? Abitruyentlərin birinci dəfə verdikləri imtahanın nəticələrinin ikinci imtahanla demək olar ki, eyni vaxtda açıqlanması korrupsiyadan kənarda qala bilən bu qurumda korrupsiyanın yaranmasına və ortada olan zaman kəsiyinin böyük olması səbəbi ilə rüşvət qarşılığında cavabların dəyişdirilməsi ehtimalı varmı?
 
Aztehsil.com xəbər verir ki, bu barədə təhsil eksperti Nadir İsrafilov pia.az-a açıqlama verib:
Nadir İsrafilov: "İmtahanlarda iştirak edən abituriyentlərdən 20 manatdan 100 manata qədər alınacaq məbləğlərin müəyyən edilməsi istər-istəməz qazanc məqsədinə xidmət edir”.
 
Təhsil eksperti Nadir İsrafilov mövzu ilə bağlı qeyd edib ki, bu il abituriyentlərə ikinci şans verilir, amma gələn ildən üçüncü şansın verilməsi də gündəmdədir. Abituriyentlərə hər verilən şansda qiymətlərin də artacağı istisna olunmur. Bu tərəfdən də baxanda görünür ki, bu şansların verilməsi ancaq qazanca xidmət edir:
 
"Birinci onu qeyd edim ki, Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası (TQDK)  Dövlət İmtahan Mərkəzinə çevriləndən sonra "publik hüquqi şəxs” elan olunub. Bunu da dəfələrlə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də dilə gətirib ki, maliyyə problemləri yaranıb. Çünki dövlət tərəfindən Dövlət İmtahan Mərkəzinin maliyyələşməsi demək olar ki, dayandırılıb. Buna görə imtahanlarda iştirak edən abituriyentlərdən 20 manatdan 100 manata qədər alınacaq məbləğlərin müəyyən edilməsi istər-istəməz qazanc məqsədinə xidmət edir. Hətta burada bir məsələ də var ki, bu il abituriyentlərə ikinci şans verilir, amma gələn ildən üçüncü şansın verilməsi də gündəmdədir. Abituriyentlərin hər verilən şansda imtahanda iştirak qiymətinin, həmçinin bilik qiymətlərini də artıracaqları istisna olunmur. Bu tərəfdən də baxanda görünür ki, bu şansların verilməsi ancaq qazanca xidmət edir.
 
İmtahanlar arası məsafənin böyük olması, korrupsiyanın yaranması və ortada olan zamanda rüşvət qarşılığında cavabların dəyişdirilməsi ehtimalının olub-olmamasından asılı olmaraq, kimlərdəsə belə fikrin yaranması şübhəsiz ki, istisna olunmur. Mən hesab edirəm ki, abituriyentlərə bu şansların verilməsi yanlışdır. Həmçinin onu da qeyd edim ki, bizim "Təhsil siyasətimiz”də təhsilin əlçatan elan olunmasının da tərəfdarı deyiləm. Bildiyimiz kimi bir müddət ali məktəblərə keçid balı 200 müəyyən edildi. Bu da klassik 5 ballıq qiymətləndirmədə sıfıra bərabər göstərici idi. Sonra keçid balın 250 etdilər. 250 balın özü də 2 göstəricisi hesab olunur. Ümumiyyətlə 5 ballıq qiymətləndirmədə ali məktəblərə keçid balı 350 olmaladır ki, heç olmaya 3 alanlara imkan yaradılsın. 
 
Nadir İsrafilov: "Biz ən çox peşə təhsilinə marağı artırmalıyıq və ilk növbədə peşə təhsili haqqında qanunu qəbul etməliyik”.
 

 

Burada məsələ belədir, ya biz bu sistemi etməklə keyfiyyətli təhsildən söhbət etməliyik, ya da ayrı-ayrı universitetlərin plan yerinin doldurulmasından söhbət etməliyik. Bildiyimiz kimi indi də belə fikir ortaya atılıb ki, universitetlərdə hazırlıq kusları yaradılsın. Bu kurslar da şübhəsiz ki, ödənişli olacaq. Aydın məsələdir ki, universitetlərə qəbul oluna bilməyənlər həmin kurslara getsələr, onlara imkan yaradılacaq ki, universitetə qəbul olunsunlar. Bütün bu işlər demokratikləşmə, humansitləşmə baxımından kimlərəsə, məqsədəuyğun görünə bilər. Amma burada nəzər yetirilməli olan tələb-təklif prinsipi var. Sovet dövründə də, tələb-təklif prinsipi var idi. Yəni nə qədər kadra ehtiyac olurdusa, o qədər də ali müəsisələrə plan müəyyənləşdirilirdi.
 
Mən məktəb direktoru, Təhsil Şöbəsinin müdiri, uzun illər Bakı Təhsil İdarəsində şöbə müdiri də işləyəndə, bütün bu işləri müşahidə etmişəm və şahidi olmuşam. Yəni indi biz ali məktəblərə az balla tələbə qəbul edirik və hətta bir fənndən sıfır bal toplayan tələbəyə də şans veririk. Amma mən xatırlamıram ki, sovet dövründə hansısa bir ali təhsili şəxs işsiz qalardı. Çünki universiteti bitirən kimi hər bir şəxsə müvafiq olaraq təyinat verilirdi. 1970-ci illərdə "Təhsil Qanunu”nun 15 ilə qədər gecikməsi, müəyyən hüquqi normativ aktların qəbul edilməsində ləngimələr sonda ona gətirib çıxardı ki, təhsil sistemimizdə boşluqlar əmələ gətirdi. Bu boşluqdan da istifadə edilərək, 70-dən artıq ali və orta ixtisas təhsili müəsisəsi yaradıldı. Bir faktı da qeyd edim ki, bu 70-ə qədər ali və orta ixtisas təhsili müəsisəsinin 30-dan artığı "müəllim” istehsalı ilə məşğul oldular. Yəni belə çıxdı ki, biz tələbatdan 2 dəfə artıq müəllim istehsal etdik. 
 
İndi də demək olar ki, ödənişli stemin hesabına hamıya şərait yaradılır ki, ali təhsil alsınlar. Axırda elə olacaq ki, çox böyük gənclər gənclər 4-5 il oxuyacaq, axırda da işləmək üçün iş tapmayacaqlar. Bizim savadlı fəhlə yetişdirməyə ehtiyacımız yoxdur. Buna görə də mən düşünürəm ki, ayrı-ayrı təhsil müəsisələrinin planını doldurmaq üçün abituriyentlərə verilən ikinci şans yanlışdır. Əgər fikir versək biləcəyik ki, prezident son çıxışında peşə təhsili məsələsin gündəmə gətirdi. Çünki ölkəmizdə pambıqçılıq, kənd təsərrüfatı, turizm və başqa sahələrdə xüsusi kadr çatışmamazlıqları var. Hətta Avropa oyunları zamanı təhsil nazirinin belə fikri də oldu ki, biz olimiyada zamanı peşəkar insanlar tapa bilmədik. Bundan əlavə prezidentin gənclərlə görüşündə də peşə təhsili məsələsinə diqqət yetirildi. 
 
Nadir İsrafilov: "200 balla ali məktəb oxuyan gəncdən biz hansı yüksək keyfiyyət görə bilərik?”.
 
Peşə təhsili ilə ali təhsildəki bu əlçatanlıq hec cür uzlaşmır. Bizdə mentalitetdə belə bir məsələ var, hamı istəyir ki, övladının savadı oldu-olmadı ali təhsil diplomu olsun. Bu amil də imkan vermir peşə təhsili inkişaf etsin. Müasir dövrümüzdə televizorda, radioda, saytlarda ali təhsilə hazırlıqla bağlı kursların, repitetırların reklamı gedir. Bütün bunlar da yetişməkdə olan nəslimizi ali təhsilə istiqamətləndirir. Onu da qeyd edim ki, gündəmdə olan məktəblərin təmaülləşmə məsələsi də bir az da ali məktəblərə marağı artıracaq. Nəticədə də 200 balla ali məktəb oxuyan gəncdən biz hansı yüksək keyfiyyət görə bilərik? Mən hesab edirəm ki, biz ən çox peşə təhsilinə marağı artırmalıyıq və ilk növbədə peşə təhsili haqqında qanunu qəbul etməliyik. 
 
Biz az olsun keyfiyyətli olsun və tələb-təklif prinsipin gözləməliyik. Buna görə də peşə təhsilin önə çəkməliyik. Dünyanın ən inkişaf etmiş ölkələri Almaniya, Fransa kimi ölkələr peşə təhsilin inkişaf etdirərək bu nailiyyətləri əldə ediblər. Biz də 2-3 dəfə şans veririk ki, hamı ali təhsil alsın. Amma bu məsələnin sonrasın fikirləşmirik. Təhsil sistemləşdirilmiş bacarıq və vərdişlərin sistemi və onun nəticəsidir. Əgər nəticə yoxdursa, demək biz təhsildən söhbət edə bilmərik. Bu gün tələb-təklif prinsipi baxımından "200 ballıq” ali təhsillilərdənsə, müxtəlif peşə təhsilli peşəkar peşə sahiblərinə ölkəmizin daha böyük ehtiyacı var”.
Məqalə Göndər








Загрузка...