Xəbərlər
31 mart 2017
2 911


Ağstafada azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Ağstafada azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

 

Martın 30-31-də Ağstafa RTŞ-nin göstərişinə əsasən rayonun ümumtəhsil məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.
 
Tədbirlərin keçirilməsində məqsəd yeni nəsilə həqiqətləri qavratmaq, tariximizi daha yaxından tanıtmaqdır.
 
Şəhər 2 saylı tam orta məktəbdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.  
 

Ağstafada azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

 

Məktəb kollektivi və şagirdlər soyqırım qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Məktəbin direktoru Vəfa Tağıyeva çıxış edərək- "1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir”- deyə qeyd edib. Daha sonra məktəblilərin sinif qəzetləri nümayiş etdirilib. Şagirdlər şeir və səhnəciklər təqdim ediblər.
 

Ağstafada azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

 Köçəsgər kənd 2 saylı, Poylu kənd, Saloğlu kənd, Vurğun qəsəbə, Aşağı Kəsəmən kənd, Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masalar təşkil edilib. Şagirdlərə 31 mart soyqırımı ilə bağlı məlumatlar verilib.

Eyni zamanda texniki humanitar təmayüllü liseydə, Qırılı kənd, Həsənsu kənd, Dağ Kəsəmən kənd 2 saylı, Yuxarı Göycəli kənd,Tatlı kənd tam orta məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
 
 Nəcibə Vəliyeva(Ağsafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...